Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin oğlunun biznes imperiyası…

Fövqəladə Hallar Nazirliyinin boz kardinalı Orucəli Hacıyev kimdir və qara metal satan Orucəli Hacıyev necə nazir müavini oldu?..

Haqqında bəhs edəcəyimiz  şəxs, yəni Orucəli Məmməd oğlu Hacıyev uzun illərdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirinin müavinidir. 

Məlumat üçün  qeyd edək ki, bu şəxs Naxçıvan Dövlət Pedaqoji İnstitutunu bitirib və ixtisasca ibtidai sinif müəllimidir. Amma Fövqəladə Hallar Nazirinin müavinidir. İndi özünüz təsəvvür edin…

Bu adamın adı nələrdə hallanmır ? 

Mediada yayılan xəbərlərdən bəlli olur ki, Ukraynada öldürülən iş adamının anası deyir ki, Orucəli mənə dedi ki, sənin oğlunu  general Rövşən Ələkbərov öldürüb…Amma sonra  sözünü dandı. Bu əməlin adı  Cinayət Məcəlləsində  cinayəti bilib gizlətməkdir. 

Mediada yayılan  digər xəbərdən bəlli olur ki, Orucəli Hacıyev  Pirşağıda  vətəndaşları aldadaraq  2 hektar torpaq sahəsini ələ keçirib. Belə ki, Orucəli  Hacıyev  16 nəfər şəxsin  2  hektar torpaq sahəsini alıb orada  istirahət kompleksi tikmək istəyib. Və vətəndaşlardan etibarnamə alaraq torpaqları ələ keçirib. Bu işdə  Orucəlinin yaxın dostu  “Axund”  FTKA şirkətinin sahibi  Fuad Axundov  vasitəçilik edib. 

Ümumiyyətlə, indi nazir müavini olan Orucəli Hacıyev 90-cı illərdə  qara metalın topdan alış məntəqəsini işlədib və bu sahədə  monopolist olub. Qara metal işinin Paolo Pərvizin monopoliyasına verilməsindən sonra işləri yarımçıq qalan Orucəli  Hacıyev Azərbaycanı tərk edib və  Ukraynada yaşayaraq  İrana  qara  metal  ixracı ilə məşğul olub. 2006-cı ildə Azərbaycana qayıdaraq  yeni yaradılan Fövqəladə Hallar Nazirliyində nazir müavini vəzifəsinə təyin edilib. 

Orucəli  Hacıyev  nazir müavini olmaqla yanaşı  “Babək-97” şirkətini yaradaraq  ölkədə sement satışını demək olar tam mənada inhisara alıb. Respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. 

Orucəli  Hacıyevin adı  mediada həm də ayı ovlamaq məsələsində hallanır. 
Bəli, Orucəli Hacıyev Şamaxıda  böyük torpaq sahələrini ələ keçirib, orada otel və villa tikdirib, hətta  deyilənə görə qoruq ərazilərində  ayı ovlayır. 

Hətta  bir vaxtlar  Orucəli Hacıyevin ayı ovlaması ilə bağlı  mediada video yayılmışdı, sonrada hamısı silindi. 

Orucəli Hacıyevin adı  həm də mediada dəhşətli intihar  hadisəsində hallanır. 
Belə ki, sahibkarın həyat yoldaşı  Prezident İlham Əliyevə müraciətində yazır ki, Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin bacısı oğlu Sunay Əliyev dayısının adından  vədlər verərək həyat yoldaşımı klinker (sement istehsalı üçün xammal )  alqı-satqısına cəlb etməklə onun və mənim külli miqdarda pulumuzu mənimsəyib. 

Respublikaya klinker gətirilməsinin Orucəli Hacıyevin nəzarətində olduğunu deyən bacısı oğlu  sahibkarı  müflis vəziyyətinə salıb. Və sonda  sahibkar özünü güllə ilə vuraraq öldürüb. 

Ancaq bütün bunlarla bağlı  Orucəli Hacıyev  mətbuata  heç bir açıqlama verməyib, susmağa üstünlük verib. 

Onu da qeyd edək ki, Orucəli Hacıyevin  oğlu Elvin Hacıyev də atasından geri qalmır. 
İndi isə  Elvin Hacıyevin şirkətlərinin və  mülklərinin siyahısına nəzər salaq: 

– “BOL SÜFRƏ” MMC 

– “BABYLON-GROUP” MMC 

– “BABYLON AQRO” MMC 

– “BT PROJECT” MMC 

– “APİ DELTA GROUP” MMC  QAX RAYONU, LƏKİT kəndində hüquqi qeydiyyata alınıb).

Bakının Zirə qəsəbəsində 4.4 hektarlıq əsasən pomidor yetişdirilən İSTİXANA (“BOL SÜFRƏ” MMC);

Qax rayonunda 2000 arı ailəsindən ibarət ARIÇILIQ TƏSƏRRÜFATI və BAL EVİ (“Api Delta Group);

– Şurabad qəsəbəsində 30 hektardan artıq sahədə süni göllərdən ibarət NƏRƏ VƏ SAZAN BALIĞI FERMASI (“Babylon Agro”);

– SULTANAHMET KÖFTECİSİ – Səbayel rayonu Əbdülkərim Əlizadə küçəsi 16 (“Babylon Group”);

– SULTANAHMET KÖFTECİSİ METROPARK (7-ci mərtəbə) – (“Babylon Group”);

– SULTANAHMET KÖFTECİSİ PARK BULVAR (Ticarət Mərkəzinin 3-cü mərtəbəsi) – “Babylon Group”); “Babylon Group” eyniadlı köftəxanaları Batumidə, Qazaxıstan və Rusiyada da açmaq üçün brend sahibi olan GATE 25 RESTORANI ailəsi ilə razılıq əldə edib.

 – Xocalı prospektində, Dəmirçi Towerin 25-cı mərtəbəsində fəaliyyət göstərən GATE 25 bar-restoranı (“BT Project” MMC).

Bakının “Torqovıy” kimi tanınan ərazisində, Rəsulzadə küçəsində fəaliyyət göstərən TARHUN RESTORANI (“Babylon Group”)

– TARHUN (METROPARK) adı ilə daha bir restoran Təbriz küçəsindədir.

– Nazir müavininin oğlu nizamnamə kapitalı 11688495.00 AZN, illik dövriyyəsi 4 milyon dollar aşan TECHNOİL şirkətinin həmtəsisçisidir. TECHNOİL-un Sumqayıtda, Sülh küçəsində yerləşən müəssisəsi mühərrik və sənaye yağları istehsal edir.

Görəsən adi  ibtidai sinif müəllimi olan Orucəli bu boyda biznes imperiyasını hansı yolla  yaradıb..? 

Bu artıq hüquq-mühafizə orqanlarını işidir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (gundelik-baku.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Yollarda yeni növ radarlar quraşdırılır - Video    

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar