Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Florida ştatında təyyarə treyler parkına çırpılıb, bir neçə nəfər həlak olub

Florida ştatının Kliruoter şəhərində “Beechcraft Bonanza V35” yüngül təyyarəsi yaşayış treyler parkının ərazisinə çırpılıb...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, yerli yanğınsöndürmə xidmətinin rəisi Scott Ehlers həm təyyarədə, həm də mobil evdə bir neçə nəfərin öldüyünü bildirib. O, qurbanların dəqiq sayını açıqlamayıb.

Elersin sözlərinə görə, təyyarə parkdakı evlərdən birinin üzərinə düşüb. Qəza nəticəsində yanğın daha dörd qoşquya yayılıb. Yanğınsöndürmə rəisi qeyd edib ki, üç qoşquda olanlar çölə çıxa biliblər və xəsarət alan olmayıb.

Hadisənin şahidi Stiven Askari Reuters Agentliyinə bildirib ki, yanğın yarım saat ərzində söndürülüb.

Federal Aviasiya Administrasiyası CNN telekanalına bildirib ki, təyyarənin pilotu qəzadan əvvəl mühərrikində nasazlıq olduğunu bildirib. Pilot həlak olub. Təyyarədə olan insanların sayı məlum deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar