Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fitrə zəkatı nə qədərdir, necə çıxarılmalıdır: Kimlərə zəkat vermək lazımdır?

Müqəddəs Ramazan ayının son günlərini yaşayırıq...

Ramazan ayının oruc tutmaqla yanaşı, daha bir vacib əməli də fitrə zəkatının çıxarılmasıdır. Bəs, İslamın 5 vacib əməlindən biri olan fitrə zəkatı kimlər üçün vacibdir, kimlərə zəkat vermək lazımdır, miqdarı nə qədər olmalıdır və nə zamana qədər verilməlidir?

Qafqaz Müsəlmanlar İdarəsinin sədr müavini Hacı Fuad Nururllayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Rəsədxanasına göndərdiyi sorğunun cavabına əsasən, Azərbaycanda Ramazan ayı martın 11-də daxil olub, aprel ayının 10-u isə bayram günüdür:

“Dövlət səviyyəsində aprelin 10-11-i bayram günü qeyd ediləcək. İnsan 10 aprelin bayram olduğunu biləndə artıq ayın 9-da şam namazı vaxtı fitrə zəkatnı çıxarır. Ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq fitrə zəkatını çıxarmalıdır”.

Onun sözlərinə görə, fitrə zəkatı oruc tuta bilən, bilməyən hamı üçün vacibdir. Hər bir insan minmum səviyyədə yaşamaq imkanına malikdirsə, əlində müəyyən qədər maddi imkanları varsa, hər ailə üzvünə görə fitrə zəkatı çıxarmalıdır.

Müsahibimiz qeyd edib ki, fitrə zəkatı dində, şəriətdə 3 kilo ən çox istifadə olunan ərzaqdan hesablanır:

“Məsələn, ən çox istifadə olunan ərzaq un məmulatı və ya buğdadır. İnsan bundan yuxarı ərzaqdan, misal üçün, kişmişdən, xurmadan da fitrə zəkatı çıxara bilər. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyəsi odur ki, hər kəs 10 manat civarında fitrə zəkatı çıxarsa, daha gözəl olar. Ola bilər, bir insanın 10 manata gücü çatmır, 3-5 manat çıxarır. Yəni hər bir insan özünə uyğun fitrə zəkatı çıxara bilər. Minimum 3 kilo buğdanın qiymətindən hesablanır”.

Hacı Fuad Nurullayev: Ailəsini güclə dolandıran insanlar isə fitrə zəkatı çıxarmırlar

QMİ sədrinin müavini qeyd edib ki, bunun ərzaq şəklində verilməsi məsləhət görülmür. Hacı Fuad deyir ki, fitrə zəkat pul şəklində verilsə, daha yaxşı olar:

“İnsan həmin pulu öz ailəsinin ehtiyaclarına xərcləyə bilər. Ancaq, tutaq ki, 40-100 kilo buğdanı insan nə edə bilər? Hər kəs istər pul, istərsə də ərzaq şəklində zəkat çıxarmaqda azaddır, ancaq biz pul şəklində verilməsini tövsiyə edirik”.

“Ailəsini güclə dolandıran insanlar isə fitrə zəkatı çıxarmırlar. Onlar dua edir, Allahdan ruzi, bərəkət diləyirlər. Bayram günü namaza qədər versələr, daha gözəl olar”, - deyə Hacı Fuad Nurullayev vurğuıayıb..

Onun dediyinə görə, bir insan özü şəhərdə yaşayır, yoxsul ailə rayondadırsa, zəkatı ora göndərə bilər:

“Orada olan bir adamı vəkil də edə bilər. O pulu vəkilinin kartına da köçürə bilər ki, yoxsula çatdırsın. Yəni bayram namazına qədər çatdırılsa, daha gözəl olar. Bunun fəlsəfəsində o durur ki, həmin gün kasıblar da bayrama qatıla bilirlər. Onlar özlərinə süfrə aça, övladlarını sevindirə bilərlər. Oruc tutana da xoş olur ki, boynunda olan dini vəzifəsini icra etdi, kasıb qohum-əqrabasını, qonşularını sevindirdi”.

Həmsöhbətimiz bildirib ki, bayram günü namaz qılmaq, xəstələrə baş çəkmək, gözəl bayram süfrələri açmaq, qəbir üstünə ziyarətə çıxmaq savabdır. İnsanlar bir-birinə baş çəkir, küsülülər barışır.

Qeyd edək kii, Azərbaycanda Ramazan ayı mart ayının 11-dən başlayıb. Aprelin 10-11-i dövlət səviyyəsində Ramazan bayramı qeyd olunacaq.

Aytac Aslan

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar