Finlandiyanın “Gazum” şirkəti təbii qazın tədarükünə dair “Gazprom Export” ilə müqaviləyə xitam verib...
Poliqon xəbər verir ki, bu barədə şirkətin saytı məlumat yayıb.
Qeyd olunur ki, 2022-ci ilin aprelində “Gazprom Export” qaz tədarükünün ödənişini avro əvəzinə rublla tələb edib, lakin “Gazum” bu tələbi qəbul etməyib. 2022-ci ilin may ayında "Gazprom Export" şirkətə təbii qaz tədarükünü dayandırıb və o vaxtdan bərpa etməyib.
Bu məsələni həll etmək üçün “Gazum” şirkəti işi arbitraj məhkəməsinə verib və o, onun xeyrinə qərar qəbul olunub. Məhkəmə qərarına əsasən, şirkət nə rublla, nə də Rusiyanın təklif etdiyi ödəniş proseduruna uyğun olaraq ödəmə etmək məcburiyyətində deyil. Bundan əlavə, arbitraj məhkəməsi "Gazum" və "Gazprom Export" şirkətlərini vəziyyətin tənzimlənməsi üçün ikitərəfli danışıqları davam etdirməyə çağırıb.
"Gasum" və "Gazprom Export" arasında danışıqlar başa çatıb. Tərəflər arbitraj məhkəməsinin müəyyən etdiyi müddətdə vəziyyəti nizama sala bilməyiblər, nəticədə "Gazum" mayın 22-də "Gazprom Export"la uzunmüddətli təbii qaz tədarükü müqaviləsinə xitam verib.
Qeyd olunur ki, xitam yalnız boru kəmərinin qaz təchizatı müqaviləsinə aiddir. "Gazum"un "Gazprom Export" ilə uzunmüddətli LNG tədarükü müqaviləsi qüvvədə qalır.
Poliqon.info