Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN xilasediciləri Yasamalda intihara cəhdin qarşısını aldı - Video

Bu gün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən unikal xilasetmə əməliyyatı həyata keçirilib.

Bu barədə FHN-in məlumatında deyilir.

Məlumata görə, günorta saatlarında Bakı şəhərinin Yasamal rayonu, Ə.Əhmədov küçəsində 1 nəfər qadın 16 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsinin pəncərəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bunu görən qonşular dərhal nazirliyin “112” qaynar telefon xəttinə məlumat veriblər. Qısa müddət sonra əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər vətəndaşla psixoloji söhbət apararaq həm də binanın həyətində xilasetmə yastığı açmaqla, zəruri təhlükəsizlik tədbirləri görüblər. Lakin vətəndaşla aparılan psixoloji söhbətlər nəticə vermədiyindən, xilasedicilər intihara cəhd edən şəxs hiss etmədən binanın digər istiqamətindəki 9-cu mərtəbənin eyvanından xüsusi alpinist ləvazimatlarından istifadə etməklə 6-cı mərtəbədə yerləşən eyvana enib, astaca mənzilə daxil olaraq anidən vətəndaşı tutub onun intihara cəhdinin qarşısını alıblar.

pia.az 


Etiket: İntihar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ən çox oxunanalar