Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN rəsmisi Nardaran faciəsi haqda: Hadisənin olduğu yer çimərlik üçün deyil - Video

FHN əməkdaşı faciə ilə bağlı açıqlama verib

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi Aqşin Əlili Nardaranda baş vermiş ailə faciəsi ilə bağlı açıqlama verib.

Qurum rəsmisi Oxu.Az-a bildirib ki, hadisə onların nəzarətində olmayan ərazidə baş verib: “FHN daim əhaliyə xəbərdarlıq edir ki, xilasedicilərin, xüsusi texnikaların olmadığı, üzmə sərhədlərinin müəyyən edən sərhədlərin göstərilmədiyi sulara girməsinlər. Təəssüf ki, vətəndaşlar bunu nəzərə almır və bu kimi bədbəxt hadisələr qaçılmaz olur.

Bu gün baş verən hadisənin olduğu yer isə çimərlik üçün deyil, kiçik həcmli gəmilərin saxlanması üçün bazadır. Bədbəxt hadisə də məhz bu ərazidə qeydə alınıb. Videodan da görürsünüz ki, kifayət qədər daşlı, qayalı dərin sahədir. Bu ərazi bizim Nardaran Sularda Xilasetmə Məntəqəsindən təxminən üç kilometr aralıda yerləşir. Bu günə qədər bizim xidməti ərazilərimizdə sudaboğulma təhlükəsi ilə üzləşən 231 nəfər xilas edilib. Xidməti ərazilərdə ölümlə nəticələnən suda boğulma faktı qeydə alınmayıb.

Bu hadisədə boğulanlar qohum uşaqlardır. İki qardaşın övladları olub. Üç uşağın meyiti artıq çıxarılıb. Lakin sonuncu uşaq 2009-cu il təvəllüdlü Cəfərzadə Zeynəb Ramin qızının axtarışları hələ də davam edir”.

Pia.az


Etiket: Nardaran FHN faciə

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar