Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FƏTH İordan çayının qərb sahilindəki xaosa görə İranı ittiham edib: Qanımız istismar edilməyəcək...

İordan çayının qərb sahilindəki əsas Fələstin qruplaşması çərşənbə günü İranı öz ərazisində xaos yaymaq cəhdində ittiham edib...

Poliqon İsrailin The Yerusalem Post qəzetinə istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı bəyanat yayıb. Nəşr qeyd edir ki, bu bəyanat Fələstin Muxtariyyətinin bu ay BMT Təhlükəsizlik Şurasından onun BMT-nin tamhüquqlu üzvü olması üçün səsvermə keçirməsini xahiş etdiyi bir vaxtda verilib.

Qəzet yazır ki, İordan çayının qərb sahilindəki əsas Fələstin qruplaşması çərşənbə günü İranı öz ərazisində xaos yaymaq cəhdində ittiham edib və Fələstin məsələsi ilə heç bir əlaqəsi olmayan kənar əməliyyatlara qarşı çıxacağını bildirib.

Fələstin Muxtariyyətinə nəzarət edən FƏTH hərəkatı “müqəddəs işimizin və xalqımızın qanının istismarına” icazə verməyəcəyini və təhlükəsizlik qüvvələrinə və ya milli qurumlara zərər vuran kənardan hər hansı müdaxiləyə qarşı hərəkət edəcəyini bildirib.

Qeyd edək ki, İsrail uzun müddətdir ki, İranı Fələstin terror qruplarına, o cümlədən 7 oktyabrda İsrailə hücuma rəhbərlik edən, Qəzzada islamçı qrup olan və son illər İordan çayının qərb sahilində daha dərin kök salmış HƏMAS-a da kömək etməkdə ittiham edir.

Ötən ay İsrail ordusu təhlükəsizlik qüvvələrinin tank əleyhinə minalar da daxil olmaqla qabaqcıl silahların İordan çayının qərb sahilinə qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısını aldığını bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

Ərdoğandan Türkiyə millisinə dəstək - Fotolar

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Ən çox oxunanalar