Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Fərhad Əhmədovun keçmiş həyat yoldaşı XTQ -yə milyarderin yaxtasına hücum əmri verib

Rusiyalı milyarder Fərhad Əhmədovun keçmiş həyat yoldaşı Tatyana, keçmiş ərinin 225 milyon funt sterlinq Luna super-yaxtasını qaçırmaq üçün Xüsusi Qayıq Xidmətinin (SBS) veteranlarını cəlb edib.

PİA.az xəbər verir ki, bu barədə DailyMail nəşri məlumat yayıb.

Xüsusi Qayıq Xidməti (Special Boat Service) Böyük Britaniya Kral Donanmasının xüsusi təyinatlı qüvvələr bölməsidir. Məlum olub ki, Aktivlərin qaytarılması üzrə xüsusi qrupa Tatyana Əhmədova tərəfindən Fərhad Əhmədovun 115 metrlik yaxtasına qarşı bir sıra məhkəmə proseslərindən sonra ələ keçirmək tapşırığı verilib.

Əhmədovanın vəkilləri Marşall Adaları məhkəmələrinin rəsmi olaraq yaxtaya sahib olma hüququnu verdiyini təsdiqləyib. "Luna" hələlik BƏƏ-nin Port-Rəşid şəhərində beynəlxalq həbs qərarı altındadır. Yaxta Əhmədovun onu beynəlxalq sulara çəkmək üçün uğursuz cəhd göstərdiyi vaxtdan oradadır.

"Luna" 2010-cu ildə Roman Abramoviç üçün tikilib və 2014-cü ildə225 milyon funt sterlinqə Əhmədova satılıb. Yaxtada doqquz göyərtə, iki helikopter meydançası, böyük bir hovuz və mini sualtı qayıq var.

Daha əvvəl Britaniya vətəndaşı Tatyana Əhmədovanın keçmiş əri, rusiyalı milyarder Fərhad Əhmədovdan "təzminat” almağa, 26 yaşlı oğlu Teymuru, eləcə də İngiltərə vətəndaşını da cəlb edəcəyi bildirilmişdi.

Boşanma prosesi Tatyana ilə neft və qaz maqnatı Fərhad Əhmədov arasında 2013-cü ildən bəri davam edir. 2016-cı ildə keçmiş arvadı milyarderə 453 milyon funt sterlinq iddia qaldırmağı bacarıb, lakin Əhmədov məhkəmənin qərarını yerinə yetirməkdən imtina edib. 2018-ci ildə məhkəmə, maqnatın sahibkar Roman Abramoviçdən aldığı "Luna" yaxtasını da ələ keçirib və Əhmədovanın mülkiyyətinə verməsini tələb edib, lakin gəminin qalib tərəfə təhvili baş tutmayıb.(Virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib - Yenilənib

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Rusiya ilə Çin arasında ödənişlər demək olar ki, qeyri-mümkün olub

Azərbaycanda gələn aydan internet tarifləri dəyişdiriləcək

Tramp və Baydenin Cənubi Qafqaz siyasəti... - Hansı fərqlər var?

Ən çox oxunanalar