Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eyni ayda həm "Rabitə ustası" oldu, həm də vəfat etdi...

Bu gün "Rabitə ustası" Azərbaycanın beynəlxalq dərəcəli hakimi Vitaliy Sergeyeviç Sapronovun anım günüdür...

Təəssüf ki, ömrünü həsr etdiyi nə Dövlət Radiotezliklər İdarəsi, nə də Azərbaycan Şahmat Federasiyası onu xatırlamadı...

Adamlar var ki, ömründə cəmi bircə dəfə görürsən, ömur boyu unutmursan, adam da var ömür boyu ətrafında olur, amma heç bir dəfə də yada salmaq istəmirsən. Bəzi insanlar da var ki, öz gəlişləri ilə həyatı rövnəqləndirirlər.
Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin Beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin müdir müavini Vitaliy Sergeyeviç Sapronov məhz belə insanlardan idi. Yaşasaydı bu gün 65 yaşı olacaqdı. Acımasız karona 2019-cu ilin son günundə onu da aramızdan apardı...

2017-ci ildə ilk dəfə Dövlət Radiotezliklər İdarəsinə göndəriləndə məni beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin qapısında çox hündür və dolu bir kişi qarşıladı. Demişdilər ki, rus dilində danışacaq. Mən də rus dilində yaxşı danışa bilmirəm. Fikirləşdim ki, eybi yox, onsuz da rusca başa düşürəm. O rusca danışar, mən öz dilimizdə cavab verərəm. Elə ilk görüşdə rusca salamlaşanda mən öz dilimizdə cavab verən kimi qayıtdı ki, naxçıvanlısan? İlk görüşümüzdə bu sözünə ikimiz də gülüşdük və öyrəndim ki, bu şəxs şöbəmizin müdir müavini Vitaliy Sapronovdur.

Bundan sonra onunla iş yoldaşlığımız daim pozitiv tempdə davam etdi. Bəlli oldu ki, Dövlət Radiotezliklər İdarəsində Beynəlxalq əlaqələr şöbəsi tam fərqli şöbədir. Əməkdaşları bir-birinə hörmət göstərən, mehriban, qayğıkeş insanlardan ibarətdir.

Şöbədə bu pozitiv auranın yaranmasının əsas səbəbkarları təbii ki, şöbə müdiri Mehti Ağagülov və müdir müavini Vitaliy Sapronov idi. Vitaliy həm də şahmat üzrə Azərbaycanın beynəlxalq dərəcəli hakimi idi. O şahmatı işdə hər kəsə sevdirmişdi. Demək olar ki, işdən sonra və istirahət günlərində idarə əməkdaşlarının əksəriyyəti şahmat oynayırdı.

Vitaliy Sapranov gənc yaşlarından ömrünü rabitə sahəsinə həsr etmişdi. Onun qaynatası Azərbaycanda radiotezliklər idarəsinin qurucularından biri Nikolay Muraveynikov idi. Bəlkə də buna görə həm Vitaliy Sapronov, həm də həyat yoldaşı Nadejda Sapronova ömürlərini radiotezliklər sahəsinə həsr etmişdilər.
2019-ci il dekabr ayının 9-da nazirlik tərəfindən Vitaliy Sapranov "Rabitə ustası" adına layiq görüldü. Amma bu sevinci çox yaşaya bilmədi. Elə həmin ayın 31-də bu həyatla əbədi vidalaşdı. Ömrünün qürub çağında "Ən böyük arzum, rabitə ustası adına layiq görülməyimdi" - demişdi, son arzusuna da çatdı...

İdarədə hamı onu gülən adam kimi tanımışdı. İndi də Sapronov kiminsə yadına düşdükdə inanıram ki, üzündə mütləq bir təbəssüm yaranacaq. Yaşasaydı bu gün bəlkə də bu təbəssümünü ətrafındakı hər kəslə bolüşürdü. Çünki bu gün 65 yaşını qeyd edəcəkdi... Ancaq taleyin onun haqqında yazısı cəmi 62 il idi...

Ölümündən sonra nazirlikdə baş verən dəyişikliklər Dövlət Radiotezliklər İdarəsindən, həmçinin beynəlxalq əlaqələr şöbəsindən də yan ötüşmədi. Həmin mehriban kollektivin işçiləri dağıdıldı. Ancaq ən böyük təəssüfedici məqam ondan ibarət oldu ki, Rəşad Nəbiyev yeni nazir təyin olduqdan sonra Vitaliy Sapronovun həyat yoldaşı Nadejda Sapronova da vaxtından əvvəl təqaüdə göndərilməklə Dövlət Radiotezliklər İdarəsindəki işi ilə vidalaşmalı oldu.

Taleyin ironiyasına bax ki, Azərbaycanda radiotezliklər idarəsinin qurucusu Nikolay Muraveynikovun qızı, həmçinin Rabitə ustası Vitaliy Sapronovun həyat yoldaşı Nadejda xanım yeni nazirlik tərəfindən vaxtından əvvəl təqaüdə göndərilməklə, çox urvatsız şəkildə işdən azad edilib, yola salınır...

Allah Vitaliy Sapronova rəhmət eləsin, məzarı nurla dolsun... Bizə o gözəl günləri ad günündə yenidən xatırlatdı...

Amma təəssüf ki, nə ömrünü həsr etdiyi Dövlət Radiotezliklər İdarəsi, nə də Azərbaycan Şahmat Federasiyası bu gün onu xatırlamadı...

Fotolar

Elmar Hüseynov

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay