Bu gün axşam saatlarında Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində sıx kolluq və qamışlıq sahədə yanğın hadisəsi baş verib.
Bu barədə ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Report" bildirib.
Onun sözlərinə görə, Şirvan Milli Parkının və Biləsuvar rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
pia.az