Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etirazlara səbəb olan film: “Sahilsiz gecə” - Video

Sovetlər dövründə çəkilmiş və həmin dövrün çərçivələrindən, necə deyərlər, yazılmamış qanunlarından və təlimatlarından yaxşı mənada kənara çıxan, kommunist ideologiyasına xidmət etməkdən uzaq olan azsaylı Azərbaycan filmlərindən biri də heç şübhəsiz "Sahilsiz gecə" bədii filmidir

Film müasir Azərbaycan ədəbiyyatının görkəmli simalarından, "altmışıncılar" nəslinin nümayəndələrindən olan Xalq yazıçısı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılıb və film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilib.

SSRİ-nin hələ mövcud olduğu illərdə və Azərbaycanda milli-azadlıq hərəkatının geniş vüsət aldığı dövrdə, konkret olaraq, 1989-cu ildə Azərbaycanın müqtədir sənətkarlarından, böyük sənət xadimlərindən-kino aktyorlarından olan Şahmar Ələkbərovun rejissorluğu ilə çəkilən filmin ekranlara çıxması ilə onun ətrafında böyük qalmaqal, ajiotaj yaşanır.

O zaman böyük əksəriyyət filmin Azərbaycan xalqının milli-əxlaqi dəyərlərinə uyğun gəlmədiyini, filmin nümayişinin dayandırılmasını, onun efir(lər)dən yığışdırılmasını, hətta, quruluşçu rejissor kimi Şahmar Ələkbərovun cəzalandırılmasını tələb edir. Hətta, iş o yerə çatır ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının önündə günlərlə etiraz aksiyaları keçirilir. Xüsusilə də, xalq hərəkatının fəal xanım iştirakçıları filmə kəskin etiraz edirlər.

Qeyd edək ki, filmdə 3 azərbaycanlı qadının yüngül həyat tərzi keçirməsindən, əslində isə onların bir qadın kimi faciəsindən, bu yola düşməyə məhkum edilmələrindən və ona etirazdan bəhs edilir.

Filmdə əsas məqsəd odur ki, ən çətin şəraitdə belə insan dözməli, ömrünü ləyaqətlə yaşamalıdır, başqalarına lazım olduğunu heç vaxt unutmamalıdır. Əsas fikir bundan ibarətdir və burada mürəkkəb və maraqlı mövzu - insan və həyatın sərtliyi, insan və bəxtin dönüklüyü açılıb göstərilir.

Ancaq yuxarıda da qeyd edildiyi kimi, bir çoxları, xüsusilə, o dövrün ritorikasından, ab-havasından çıxış edən Azərbaycanın bir çox fəal qadınları hec cür bu məqamla barışmır, filmə, onun quruluşçu rejissoruna qarşı sərt mövqe nümayiş etdirirlər.

"Yuxarılar" da bu etirazları görərək, filmin nümayişin dayandırılması barədə qeyri-rəsmi olsa da, tapşırıq verir və qısa zamanda da, film sanki tarixin arxivinə göndərilir. Qeyd edək ki, filmin çəkilməsindən 30 ilə yaxın bir vaxt ötsə də, Azərbaycan telekanlarında demək olar ki, hələ də onun yayımına rast gəlinmir.

Hansı ki, Azərbaycan filmləri arasında ən peşəkar səviyyədə və çərçivələrdən kənar çəkilən azsaylı filmlərimizdən biridir.

Xəstəliyi səbəbindən həyatdan tez köçən Şahmar Ələkbərov isə həmin günlərdə, çox zor anlar yaşadığı bir vaxtda onun dayağına, köməyinə Azərbaycanın böyük şairlərindən olan Ramiz Rövşənin çatdığını bildirir.

Ömrünün son illərinə yaxın televiziyalardan birinə (AzTV-yə) verdiyi müsahibədə mərhum sənətkarımız qeyd edir ki, bir gün kinostudiyada Ramiz Rövşənlə qarşılaşır və söhbət film və onun ətrafında yaşanan qalmaqaldan düşür.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

"Ramiz bəy mənə qayıdıb dedi ki, halal olsun sənə, gözəl bir film çəkmisən, bunu ancaq sən, Şahmar Ələkbərov çəkə bilərdin. Cəsarətinə eşq olsun", - mərhum Şahmar Ələkbərov daha sonra deyir...

Qeyd edək ki, filmdə Azərbaycanın tanınmış aktrisaları - mərhum Nuriyyə Əhmədova, Səfurə İbrahimova, Türkmənistandan olan aktrisa Oğuldurdı Məmmədquliyeva, həmçinin, Kəmalə Hüseynova və digərləri çəkilir.

Türkmənistanlı aktirsanın da filmə dəvət edilməsi filmdəki Zibeydə roluna azərbaycanlı aktirasalardan kimsənin çəkilməyə razılıq verməməsi olur.

Bu səbəbdən, həmin rola türkmənistanlı aktrisa dəvət olunur və o, filmdə həmin obrazı yaradır...(oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Ən çox oxunanalar