Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əsir əsgərimizə verilən işgəncə... - Ermənilərin etdiyi qeyri-insani hərəkət yeni tendensiya yarada bilər?

Azərbaycan tərəfi dəfələrlə azan erməni əsgərlərini geri qaytarıb və onlara qarşı hər hansı işgəncə faktı olmayıb...

Siyasi-şərhçi: “Həmən kadrlar beynəlxalq məhkəmələrə təqdim edilməli, ermənilərin vəhşilikləri ifşa olunmalıdır. Bu beynəlxalq səviyyədə pislənməlidir”.

“Hərbiçilərimiz yollarını azaraq, marşrutu itirərək düşmən tərəfə keçiblər. Əgər ermənilər bunu tendensiya olaraq qəbul edib, əsir götürmək siyasəti yürüdərlərsə, əlbətdəki lazımi cavabı alacaqlar”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli əsir düşən hərbiçimizə ermənilər tərəfindən verilən işgəncəni Poliqon-a şərh edərkən qeyd edib.

Naxçıvan istiqamətində əsir götürülən əsgərimizə ermənilər tərəfindən işgəncə verilməsi və ona qarşı saxta saxta cinayət işinin tərtib edilməsi nədən xəbər verir? Bu günə qədər Azərbaycan tərəfi dəfələrlə azan erməni əsgərlərini geri qaytarıb və onlara qarşı hər hansı işgəncə faktı olmayıb. Bəs Ermənilərin etdiyi bu qeyri-insani hərəkət yeni tendensiya yarada bilərmi? Söhbət sərhəddəki təmas xəttində hərbiçilərin ovlanmasından gedir.

Mövzunu Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “Hər bir halda, əsirlərimizin tezliklə geri qaytarılması ilə bağlı müəyyən addımlar atılmalıdır”.

Bunun yeni tendensiyaya yol açmasının o qədər də real görsənmədiyini qeyd edən siyasi-şərhçi bildirib ki, ermənilər bizim hərbiçiləri xüsusi əməliyyat keçirərək ələ keçirməyiblər:

“Erməni vandallarından bucür hərəkətlər heçdə gözlənilməz olmadı. Bildiyiniz kimi, hələ birinci Qarabağ mühari­bəsi dövründə, xüsusi ilə Xocalıda onlardan insanlıqa sığmayan vəhşiliklərin şahidi olmuşduq. 30 il ərzində çox şeylər dəyişsədə, dəyişməyən yeganə şey ermənilərin xisləti oldu. Necəki əvvəllər barbar idilər, vəhşi idilər, xəyanətkar idilər indidə bu xislətləri özlərində saxlamaqdadılar.

Hesab edirəm ki, həmən kadrlar beynəlxalq məhkəmələrə təqdim edilməli, ermənilərin vəhşilikləri ifşa olunmalıdır. Bu beynəlxalq səviyyədə pislənməlidir. Çünki 1949-cu il Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən hərbi əməliyyatlarda birbaşa iştirak etməyən və yaxud silahlı qüvvələrdən olan, lakin əməliyyatlarda iştirakını dayandıran şəxslərə qarşı insani münasibət göstərilməlidir.

Kamran Məmmədli: “Erməni vandallarından bucür hərəkətlər heçdə gözlənilməz olmadı”.

Ermənilərin bu vəhşiliyi eyni zamanda beynəlxalq hüququ heçə saymaqları ilə yanaşı, Azərbaycanla sülh prosesində özünün niyyətinin göstəricisidir. O ki qaldı, bunun yeni tendensiyaya yol açmasından fikrimcə, bu o qədər də real görsənmir. Çünki ermənilər bizim hərbiçiləri xüsusi əməliyyat keçirərək ələ keçirməyiblər.

Hərbiçilərimiz yollarını azaraq, marşrutu itirərək düşmən tərəfə keçiblər. Əgər ermənilər bunu tendensiya olaraq qəbul edib, əsir götürmək siyasəti yürüdərlərsə, əlbətdəki lazımi cavabı alacaqlar. Hər bir halda, əsirlərimizin tezliklə geri qaytarılması ilə bağlı müəyyən addımlar atılmalıdır. Hazırda ilkin mərhələdə bizim həll etməkdə olduğumuz məsələ budur”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar