Cümə, 06 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanla İran Araz çayı üzərində yeni körpü tikəcək

Ermənistan və İran Araz çayı üzərində yeni körpünün tikintisi layihəsi üzərində işləyir. İndi mütəxəssislər körpünün sonrakı layihələndirilməsi üçün texniki-iqtisadi əsaslandırma aparırlar...

Poliqon xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Kristina Qaleçyan "Spuntik Armenia"ya bildirib.

"Biz körpünün tikintisi üçün texniki göstəriciləri dəqiqləşdirməliyik. Bu halda, işləyən körpünün parametrləri, xüsusən də onun tutumu nəzərə alınacaq", deyə Qaleçyan bildirib.

Ola bilər ki, yeni körpü də mövcud körpüyə paralel tikilsin. Eyni zamanda, nazir müavini tələsməməyə və yeni strukturun uzunluğunu, enini, tutumunu və digər parametrlərini müəyyən etməyə kömək edəcək texniki-iqtisadi əsaslandırmanın tamamlanmasını gözləməyə çağırıb.

Şimal-Cənub magistralının ən cənub hissəsinin - İranla həmsərhəd olan Aqarəkdən Qacaran şəhərinə (32 km) qədər olan hissəsinin tikintisinə gəlincə, Qaleçyan qeyd edib ki, böyük ehtimalla, işlərin aktiv mərhələsi 2024-cü ilin fevralında başlayacaq.

"Şirkət böyük miqdarda texnikanı səfərbər etməli və düşərgə qurmalıdır. İlkin qiymətləndirməmizə görə, fiziki işlərə 2024-cü ilin fevralından gec olmayaraq başlanacaq. Biz İran şirkətinin iş planını gözləyirik", deyə Qaleçyan qeyd edib.

Xatırladaq ki, Şimal-Cənub magistralının ən cənub hissəsi İranın "Abad Rahan Pars" və "Ariana Garden Tunnel" şirkətləri konsorsiumu tərəfindən tikilir. Müqavilə 2023-cü ilin oktyabrında İrəvanda imzalanıb. Daha sonra Araz çayı üzərində daha bir sərhəd körpüsünün tikintisi üçün Ermənistan-İran işçi qrupunun yaradılması qərara alınıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - Yenilənib

Daha 30 ailəlik köç karvanı Şuşaya çatıb – Yenilənib

Ötən gün saxlanılan bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib

Fransanın yeni baş naziri Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edib

AZƏRTAC-a yeni Baş redaktor təyin olundu - Fotolar

Bakıda binalarda əxlaqsız hərəkətlər edən seksual manyak peyda olub

Lukaşenkodan şok: Zelenskini onlar aradan götürəcək!

Azərbaycan COP29 ilə əlaqədar elektron viza portalını istifadəyə verib - Yenilənib

Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib

Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - Yenilənib  

Ən çox oxunanalar