Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan höküməti “Qarabağ şərti” olmadan sülhə hazırdırsa, məsələ niyə uzanır?

Ermənistanın baş naziri bir neçə dəfə Qarabağ yükünü daşımadığına dair açıqlamalar verib...

Politoloq: “Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ yükünü daşımadığını daima qeyd edir. Amma, bu sadəcə manipulyasiyadır”.

“Paşinyan Azərbaycanın Rusiya və Qərb üçün önəmli ölkə olduğunu vurğulayıb. Müharibədən sonrakı izlədiyi siyasətin Ermənistanın əleyhinə olduğunun fərqindədir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanın sülhdən qaçmasının səbənlərini Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistanın baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Qarabağ yükünü daşımadığına dair açıqlamalar verib, parlamentdə bununla bağlı çıxış edib, ancaq ortada yenə də sülh sazişi yoxdur.

Bəs Ermənistan höküməti “Qarabağ şərti” olmadan Azərbaycanla sülh sazişi imzalamağa hazırdırsa, niyə bu məsələ uzanır? Ümumiyyətlə, sülhün uzanmasının Ermənistanın ziyanına olduğunu bilə-bilə rəsmi Yerevan nə vaxta qədər İrana, Rusiyaya, Fransaya arxalanaraq sülhdən qaça biləcək?

Mövzunu Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Paşinyan çalışacaq ki, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getsin”.

Ermənistanın çıxış yolunun olmadığını vurğulayan politoloq Poliqon-a bildirib ki, getdikcə, geosiyasi mövqe Ermənistanın əleyhinə işləyir:

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ yükünü daşımadığını daima qeyd edir. Amma, bu sadəcə manipulyasiyadır, konkret olaraq Ermənistan ordusunun qalıqları hələ də, Qarabağda qalmaqdadır. Üç tərəfli bəyanatdan irəli gələn şərtləri yerinə yetirmir.

Ermənistan Baş nazirinin siyasi iradəsindən əlavə, daxili faktorlardan çəkinərək sülh müqaviləsinin bağlanmasından çəkinir. Burada Fransa və İranla birgə Azərbaycana qarşı mövqe ortaya qoyması əsasən regionda Ermənistanın mövqeyini saxlanılmasına və Azərbaycana müəyyən bir güc tətbiq etməklə prosesləri leyhinə uyğun dəyişdirəcəyinə ümid edir. Amma, regionda dəyişən geosiyasi nizam Ermənistanın əleyhinə işləyir.

Məhəmməd Əsədullazadə: “Nikol Paşinyan daxili qrupları zərərsizləşdirib, sülh müqaviləsinin bağlanmasına gedə bilər”.

Artıq Paşinyan da Azərbaycanın Rusiya və Qərb üçün önəmli ölkə olduğunu vurğulayıb. Müharibədən sonrakı izlədiyi siyasətin Ermənistanın əleyhinə olduğunun fərqindədir. Ona görə də çalışacaq ki, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına getsin. ABŞ da Azərbaycanı dəstəkləyir. Varşinqton Ermənistana sülhün bağlanması üçün təzyiqlər edir.

Ermənistanın çıxış yolu yoxdur. Getdikcə, geosiyasi mövqe bu ölkənin əleyhinə işləyir. İran və Fransanın Ermənistana ciddi dəstək verməsi gözlənilmir. Ona görə də Nikol Paşinyan daxili qrupları zərərsizləşdirib, sülh müqaviləsinin bağlanmasına gedə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Ən çox oxunanalar