Şənbə, 03 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan-Azərbaycan münasibətlərində öhdəliklər və təkliflər  

Ermənistan-Azərbaycan münasibətlərinin gündəliyini hazırda öhdəlik və təkliflər təşkil edir. Öhdəliklər yeni Laçın yolu, Zəngəzur dəhlizi, erməni hərbçilərinin Qarabağdan çıxarılması və ərazinin tam demilitarizasiyası məsələlərini əhatə edir. Bu məsələlər 10 noyabr bəyanıtının 4, 6 və 9-cu maddəərindən irəli gəldiyinə görə öhdəlik hesab olunurlar.

Lakin gündəlikdə üçtərəfli razılaşma ilə birbaşa müəyyən olunmayan mühüm təkliflər də durur. Təkliflər sərhədlərin delimitasiya-demarkasiyasını və ölkələr arasında sülh sazişinin imzalanmasını nəzərdə tutur. Azərbaycan üçün hər iki komponent vacib olsa da, hazırda vurğu öhdəliklərin üzərinə edilir. 10 noyabr bəyanatı Ermənistanın kapitulyasiya aktı olmaqla yanaşı Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını təsbit edən sənəddir. Ondan irəli gələn öhdəliklərin dəqiqliklə icra edilməsi ölkələr arasında uzunmüddətli və davamlı sülh sazişinin imzalanmasına yol açır.

H. Hacıyev və A. Qriqoryanın avqustda Brüssel görüşü, AzərbaycanErmənistanın liderlərinin də görüşünün gündəmdə olmasına bir işarədir. Brüsseldən savayı Ermənistan mətbuatına görə, liderlər avqustun 31-də Moskvada görüşəcəklər. Gözləntilər odur ki, görüşlər yeni və mühüm qərarların qəbul edilməsinə gətirəcəkdir.

Bu, vacib regional və beynəlxalq faktorlarla şərtlənir. Əgər 2020-ci ildə Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 3,8 mlrd.₼ təşkil edirdisə, 2022-ci ildə isə 5,084 mlrd.₼-a çatmışdır. Son iki ildə Azərbaycan azad edilmiş ərazilərdə və Ermənistanla sərhəddə mövqelərini möhkəmləndirmiş, bir çox strateji yüksəklikləri nəzarətə götürmüşdür. Azərbaycan Prezidenti Basqal müsahibəsində “Qisas” əməliyyatından sonra yüzlərlə erməni hərbçisinin Qarabağdan çıxarılması, yeni Laçın yolunun təffərüatları və Zəngəzur dəhlizinin perspektivləri haqqında vacib qeydlər etdi. Qeydlərin məntiq və məğzini bir cümlə ilə belə ifadə etmək olar: Azərbaycan Ermənistanı üzərinə götürdüyü öhdəlikləri diplomatik və güc faktorunun istifadəsi ilə “kiminsə bəyanatı, açıqlaması və ya telefon zənginə” baxmayaraq məcbur etməyə davam edəcəkdir. “Qisas” əməliyyatından sonra, bəzi məlumatlara görə, axşam saatlarında ağır texnika Qarabağdan Ermənistana daşınır. Bu sülhə məcburetmə siyasətinin praktiki nəticələrindən biridir.

Son bir ildə Ermənistan xarici siyasətində də hissolunan dəyişikliklər baş vermişdir. Əgər A.Qriqoryan 2021-ci ildə “Ria Novosti”yə verdiyi müsahibədə Ermənistanın “diplomatik kanallarla DQMV-nin “işğal olunmuş” ərazilərinin qaytarılması üçün hər şeyi edəcəyini” bildirirdisə, 2022-ci il müsahibələrində vurğunu Ermənistan SQ-nin Qarabağdan çıxarılması və “status”suz sülh müqaviləsinin imzalanması üzərinə edir.

Beynəlxalq geosiyasi vəziyyət də proseslərə öz təsirini göstərməkdədir. Hesablamalara görə, 1000 kub metr qazın qiyməti qışda 4000 dollara çata bilər. Bu vəziyyət İrəvanı Rusiyadan ucuz qiymətlərə qaz alınmasında asıllığını artırır. Qazla yanaşı, Ermənistan Rusiyadan taxılın alınması məsələsində də asılıdır. Ermənistanın iqtisadi imkanları və Qərbin ikincidərəcəli sanksiyaları ilə qarşılaşma təhlükəsi baxımından arzuolunmazdır. Bu çəkindirici faktorlar N.Paşinyanı Moskva və Brüssel görüşlərində daha konstruktiv olmağa məcbur edə bilər. Digər tərəfdən Avropaya iri həcmdə qaz ixrac edən və Rusiyaya münasibətdə balanslı siyasət aparan Azərbaycanın mövqelərinin güclənməsi baş verir. Rusiya ilə ticarət dövriyyəsini 100 mlrd.$ çatdırmağı hədəfləyən və Avropaya “Türk axını” kəməri ilə heç bir məhdudiyyət olmadan 31,5 mlrd. m3 həcmli Rusiya qazını ixrac edən Türkiyə, Moskva və Brüssel üçün çox vacib aktora çevrilməkdədir.

Hazırda vurğu öhdəliklər üzərinə edilsə də, münasibətlərin hərtərəfli normallaşdırılması sülh sazişinin imzalanmasını zəruri edir. Sülh sazişi sərhədlərin delimitasiya və demarkasiyası baxımından vacib olub, ölkələr arasında münasibətlərə uzunmüddətlilik və davamlılıq xüsusiyyətini verə bilər. Sülh sazişi bütün məsələlərin əsası olduğu kimi, cari proseslərin həm də məntiqi sonu və yeni mərhələnin başlanmasına şərait yarada bilər.

CƏNUBİ QAFQAZ TƏDQİQATLAR MƏRKƏZİ

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - Yenilənib

Paris-2024: Azərbaycan cüdoçusu təsəlliverici görüşdə mübarizəni dayandırıb

İran hərbi texnikaları hərəkətə keçdi - Əhaliyə xəbərdarlıq edildi

İsrail ilə Türkiyə arasında artan gərginlik və Azərbaycan...

Qazaxda mina partlayışında xəsarət alan iki nəfərin ayağı amputasiya edilib - Yenilənib

Partnyorunuzla xoşbəxt münasibət qurmağın 3 yolu

Ovuclardakı xətlər nəyə lazımdır? - İnsan bədəni haqqında

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kino Günü qeyd olunub

Sabah cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay