Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər sərhəddəki kəndləri boşaldır: “Onlar kəndi qorumağa gəlmədilər”

Ermənistanın Azərbaycanla sərhədində yerləşən 4 kəndin sakinləri evlərini tərk edərək, yaxın şəhərlərə köçməyə başlayıb.

Hit.az xəbər verir ki, bunlar Qeğakunik rayonunun Kut (Zərkənd), Azat, Norabak və Yuxarı Şorca kəndlərinin sakinləridir.

Zərkəndin icma rəhbəri Sima Çitçiyan bildirir ki, hazırda hansı tərəfə baxırlarsa, orada Azərbaycan Ordusunun postlarını görürlər:

“Örüş sahələrimiz qalmayıb. Heyvanlarımızı otarmağa yerimiz yoxdur. Əkin sahələrimizi biçmək üçün heç bir ikmanımız yoxdur. Məcbur olub arpanı, vələmiri əllə biçirik”.

Çitçiyan deyib ki, Azərbaycan Ordusu ilə aralarında bufer zona yaratmaq üçün rus sülhməramlılarını kəndə çağırıblar. Onun sözlərinə görə, İrəvan rəsmiləri də ruslarla bu barədə danışıq aparıb:

“Lakin onlar kəndi qorumağa gəlmədilər. İrəvandan isə bizə deyirlər ki, bir qədər də səbirli olaq. Nə qədər səbirli olmaq olar?”

İcma rəhbəri bildirib ki, artıq kənd camaatı bu şəkildə yaşaya bilmir. Onun sözlərinə görə, rəsmi qurumlar da onlara kömək etmək fikrindən uzaqdırlar:

“Əgər vəziyyət bu şəkildə davam edərsə, kəndlilər kəndləri tərk edəcəklər. Bir çoxları artıq qərararını belə veriblər. Onlar heyvandarlıqla məşğul ola biləcəkləri ərazilərə köçməyi qətiləşdiriblər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Faiq Ağayevlə Zülfiyyə Xanbabayeva illər sonra bir arada

ETSN hava məlumatları ilə bağlı əhaliyə xəbərdarlıq edib

Qeyri-sabit hava şəraiti sabaha qədər davam edəcək 

Cəlilabadda hündürlükdən yıxılan azyaşlı ölüb

Lənkəranda intensiv yağışdan sonra Lənkərançay daşıb, həyətlərə su dolub - Foto, Video

Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Sumqayıtda 45 yaşlı kişini elektrik cərəyanı vurub öldürüb

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Fələstin lideri Mahmud Abbas Türkiyə parlamentində çıxış edəcək

Miley: Argentina Maduronun qələbəsini tanımır...

Ən çox oxunanalar