Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər niyə Qazax-İcevan-Yerevan-Naxçıvan dəmir yolu xəttinin bərpa olunmasını təklif edirlər?

“Rusiya necə istəsə, elə də olacaq” - Ermənilərin Qazax-İcevan dəhlizi təklifini Fikrət Yusifov cavablandırdı...

Sabiq maliyyə naziri: “Təbii ki, Azərbaycan Ermənistanın təklif etdiyi Qazax-İcevan-Yerevan-Naxçıvan istiqamətindəki dəmir yolu xəttinin işə salınmasını qəbul etməyəcək”.

“İrəvanın bu şəkildə davranması gözlənilən idi. Yəni ortada erməni xisləti var”.

Bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Ermənistanın Qazax-İcevan-Yerevan-Naxçıvan istiqamətindəki dəmir yolu xəttinin işə salınmasının istəməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Yanvarın 30-da Moskvada Azərbaycan, RusiyaErmənistan baş nazirlərinin müavinlərinin görüşü baş tutub. Üçtərəfli komissiyanın iclasında Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev regional nəqliyyat dəhlizlərinin açılmasını müzakirə etdi.

Rusiyanın “Kommersant” qəzeti görüşün bəzi detallarını əldə edib. Əsas mübahisə mövzüsu avtomobil və dəmir yolu xətlərinin keçəcəyi marşrutlarla bağlıdır. Belə ki, Yerevan Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın birləşməsi üçün şimal dəhlizi (Qazax-İcevan-Yerevan-Naxçıvan) istiqamətindəki dəmir yolu xəttinin işə salınmasını istəyir. Azərbaycan isə daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan marşrutuna üstünlük verir.

Bəs Yerevanla Bakı arasında yaranan bu mübahisə necə həll ediləcək və Ermənistanın istəyinin reallaşması nə qədər mümkündür? İqtisadi cəhətdən hansı dəhliz daha səmərəlidir və ümumiyyətlə hər iki dəhlizin açılmasını mümkün hesab etmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifova müraciət edib.

Fikrət Yusifov: “Bəlkə də, elə bu təklifin də əsaslarını Rusiya hazırlayıb”.

Rusiyanın ciddi təzyiqi olmasa, Ermənistanın üç tərəfin nəzərdə tutduğu nəqliyyat və kommunikasiyaların planlaşdırıldığı şəkildə açılmasına imkan verməyəcəyini vurğulayan sabiq maliyyə naziri PİA.az-a bildirib ki, Ermənistanın bir dövlət kimi yaşaması bilavasitə Rusiyadan asılı olduğu üçün Rusiya Ermənistanı nəzərdə tutulan planların həyata keçirilməsinə məcbur edə bilər:

“İrəvanın bu şəkildə davranması gözlənilən idi. Yəni ortada erməni xisləti var. Onlar Qarabağ münaqişəsi dövründə də danışıqlar son ana çatanda dəfələrlə bizə mümkün olmayan variant təklif ediblər.

Təbii ki, Azərbaycan Ermənistanın təklif etdiyi Qazax-İcevan-Yerevan-Naxçıvan istiqamətindəki dəmir yolu xəttinin işə salınmasını qəbul etməyəcək. Yəqin ki, buna Rusiya da razı olmayacaq. Ancaq bilmək olmaz bəlkə də, elə bu təklifin əsaslarını da Rusiya hazırlayıb. Bu da mümkün variantdır.

Görünən budur ki, onlar Mehri üzərindən dəmir yolunun açılmasını, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru və dəmir yolların bərpa olunmasını istəmirlər. Ermənilər öz aləmlərində çox-çox uzağa baxırlar. Buna görə də ermənilər çoxlu problem yaşayırlar vı bu problemləri yaradanlar bilavasitə özləridir.

Ermənilər Qazax-İcevan-Yerevan-Naxçıvan istiqamətindəki dəmir yolu xəttinin bərpa olunmasını təklif edirlər? Çünki bu yol onların nəzarətində olacaq və Ermənistanın yaşayın məntəqələrindən, o cümlədən də Yeravandan keçdiyi üçün dəhliz statusu daşımayacaq. Ermənistanın bu təklifi üçtırırfli bəyanatın tam əksinədir və buna Azərbaycan tərəfinin razı olacağına heç də inanmıram. Üstəlik bu yolun iqtisadi anlamı yoxdur və ona görə də bu təklif “altılıq platformasını” əngəlləmək məqsədi daşıyır.

Fikrət Yusifov: “Görünən budur ki, onlar Mehri üzərindən dəmir yolunun açılmasını, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru və dəmir yolların bərpa olunmasını istəmirlər”.

Qarabağ üzərində danışıqlar çox uzun zaman gedəcək. Rusiyanın ciddi təzyiqi olmasa, inanmıram ki, Ermənistan üç tərəfin nəzərdə tutduğu nəqliyyat və kommunikasiyaların planlaşdırıldığı şəkildə açılmasına imkan versin. Çox güman ki, Ermənistan buna imkan verməyəcək.

Ancaq Ermənistanın yaşaması bilavasitə Rusiyadan asılı olduğu üçün Rusiya Ermənistanı nəzərdə tutulan planların həyata keçirilməsinə məcbur edə bilər. Yəni Ermənistanın sərhədlərini Rusiya qoruyur, Ermənistana silahı Rusiya verir, Ermənistana yanacaq və enerjini çox ucuz qiymətə Rusiya verir. Buna görə də deyə bilərik ki, Ermənistan Rusiyanın vassalıdır. Hətta erməni siyasətçilərinin içərisində elə şəxslər var ki, bunu açıq-aşkar etiraf edirlər.

Bütün bunlara görə də deyə bilərik ki, Rusiya istəsə, yollar açılacaq. Yəni Rusiya necə istəsə, elə də olacaq”.

Xatırladaq ki, üçtərəfli komissiya fevralın 2-nə qədər ekspert qruplarının yaradılmasını yekunblaşdırmağı, fevralın 5-nə qədər isə onların ilk iclasının keçirilməsini müzakirə edir.

Nərminə UMUDLU
pia.az


Etiket: Dəmir yolu


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar