Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erkin Qədirli: "Siyasətçi olmaq istəyirsənsə, get, sözünü de"

2014-cü ilin noyabr, ya da dekabr ayı idi (ayı dəqiq yadımda deyil). Ölkəmizə Britaniyanın Xairici İşlər Naziri gəlmişdi (yeni qaz anlaşmasının imzalanma mərasiminə). Məni onunla görüşə çağırdılar, mən də, təbii ki, görüşə gələcəyimi dedim. İş elə gətirdi ki, mənim Britaniya naziri ilə görüşümdən bir gün öncə Anar Məmmədlini həbs etdilər. O dönəmdə az qala hər həftə kimisə siyasi məqsədlə həbs edirdilər, ölkədə vəziyyət çox gərgin idi. Anar Məmmədlinin həbs olunduğu günün axşamı Facebookda qəzəbli bir status yazdım və etiraz əlaməti olaraq, Britaniyanın Xarici İşlər Naziri ilə görüşə getməyəcəyimi bildirdim. Yazdım və getmədim. Üstündən bir neçə gün sonra Britaniyanın o vaxtki səfiri İrfan Sıddıq məni çağırdı (aramız yaxşı olub). Onunla təxminən belə bir söhbətimiz oldu:

Səfir: "Görüşə niyə gəlmədin?"

Mən: "Anar Məmmədlinin həbsinə, Britaniyanın bizdəki həbslərə səssiz qalmasına etiraz etdiyimə görə"

Səfir: "Onu bilirəm, Facebookda yazmışdın. Görüşə niyə gəlmədin?"

Mən: "Bu qədər həbs...."

Səfir (sözümü kəsərək): "Həbslər bundan sonra da ola bilər. Görüşə niyə gəlmədin?"

Nə deyəcəyimi düşününə qədər səfir dedi: "Ayıb bir iş gördün" (ingiliscəsi daha qısa idi - it was shameful)

Bu sözlərdən sonra mən sıxıldım. Sıxıldığımı görən səfir sözlərini yumşaltdı, araya bir-iki zarafat qatdı və dedi:

"Sənə bir diplomat kimi yox, bir dost kimi məsləhət verim - siyasətçi olmaq istəyirsənsə, heç zaman görüşlərdən qaçma. Get, sözünü de. Etirazın var? Get bildir. Razı deyilsən? Get bildir. Amma mütləq get."

Yaxşı məsləhət oldu. Görüşlərdən qaçmamağın önəmini və faydasını sonra özüm də gördüm. Bu gün bunu daha aydın görə bilirəm. Siyasətdə umu-küsü olmamalıdır. Hökumətlə görüşüb-danışdığına görə ReAl-ı qınamağın topluma bir faydası yoxdur (elə qınayanların özlərinə də). Yaxşı işlər yavaş görülür.(pravda)

Erkin Qədirli 

Milli Məclisin deputatı, ReAl Partiyanın funksioneri

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay