Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib

Energetika naziri Pərviz Şahbazov noyabrın 21-də Vaşinqton şəhərində keçiriləcək “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib...

Nazirlikdən Trend-ə verilən məlumata görə, Xəzər Siyasət Mərkəzinin (Caspian Policy Center) təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri, enerji şirkətləri və biznes dairələrinin iştirakı gözlənilir.

P.Şahbazovla yanaşı, ABŞ-ın enerji nazirinin muavini Mark Menezes, ABŞ-ın enerji resursları üzrə dövlət katibinin muavini Fransis Fannon və digər yüksək səviyəli nümayəndələrin çıxışları nəzərdə tutulub.

Yubiley mərasimində “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi yüksəlişindəki və Xəzər regionunun dünyanın digər regionları ilə iqtisadi əlaqələrinin gücləndirilməsindəki rolu, bugünədək bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi, ötən müddət ərzində əldə olunan təcrübələr, gələcəkdə regionun neft və qaz sektorundakı perspektivləri və imkanları müzakirə olunacaq.

Qeyd edək ki, tədbir çərçivəsində P.Şahbazovun bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar