Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əmrullayevin boş buraxdığı məktəblər… – İddia

Məhəmmədli kənd orta məktəbinin direktoru Könül Hüseynova məktəbdə baş verən​ intihar faktını​ ört-basdır etməyə çalışır.

PİA.az xəbər verir ki, bu barədə KanalS.az-ın redaksiyasına müraciət daxil olub.

Məlumatda bildirilir ki, məktəbdə​ baş​ verən özbaşınalıqların​ həddi-hüdudu​ yoxdur.​ Müəllim dərsi ola-ola işə gəlmədiyindən şagirdlər sinifdə nəzarətsiz qalır. Ötən ilin dekabr ayının 24-ü nəzarətsiz qalan növbəti sinifdə hadisə baş verir.​ Belə ki, məktəbin 9d sinif şagirdi Quliyev Allahverdi özünü məktəb binasının pəncərəsindən​ ataraq intihara cəhd edir.​ Şagirdi ​Sabunçu xəstəxanasına çatdırırlar. Nəticədə şagirdin yuxarı ətraf sınığı (qolu sınıb), kəllə beyin travması alması həkimlər tərəfindən müəyyən olunub.

Nəzarətsiz qalan şagirdin başına gələn hadisə ilə bağlı aidiyyatı olan polis bölməsinə məlumat​ verilib.

Bundan sonra​ Könül Hüseynovanın Bakı Şəhər Baş Polis İdarəsində çalışan həyat yoldaşı Hüseynov Mirilkin​ Mirqədir oğlu öz vəzifə səlahiyyətlərindən istifadə edərək dərsinə gəlməyən müəlliməni və həyat yoldaşı olan direktoru vəziyyətdən qurtarmaq üçün işi ört-basdır edib. Dərsə gəlməyən müəllimənin dindirilməsi məsuliyyətindən azad olunmasına nail olublar, valideyni susdurublar.​ Direktor da öz növbəsində heç bir aidiyyatı orqana məlumat verməyib.

Baş verən hadisənin doğruluğunu Sabunçu xəstəxanasına və Daxili İşlər Nazirliyinə​ sorğu göndərməklə təsdiqləmək mümkündür.

Könül xanım məktəbdə əməlli başlı anarxiya açıb. Məktəbin bütün müəllimləri dərs saatlarını pul ödəmədən ala bilmirlər. Rüşvət yuvasına çevirdiyi məktəbdə Azərbaycan təhsilinə​ ciddi zərər​ vurur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Pezeşkian Makrona xəbərdarlıq etdi: İsrail hücum etsə...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Ən çox oxunanalar