Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Bəşirov 5 milyon dollarını necə “xilas etdi”? - Ağlagəlməz maxinasiya

“Mətanət-A” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri (bu günlərdə İdarə Heyəti sədrliyindən istefa verib-red.) Elxan Bəşirov 2016-cı ildə müflis elan edilərək bağlanan “Texnikabank”da batmaqda olan 5 milyon manatını olduqca maraqlı üsulla “xilas edib”

PİA.AZ bildirir ki, bu barədə AFN-i məlumatlandıran mənbənin sözlərinə görə, E.Bəşirov hələ 2015-ci ilin sonlarında bankın bağlanacağından məlumatlı olub.

Elə həmin ərəfədə də bankdakı 5 milyon dollarını şirkətdə çalışanların adına depozitə “çevirib”. Bu zaman mövcud qanunvericiliyin tələblərini yaddan çıxarmayan Bəşirov hər işçinin adına 18 min dollar (30 min manat) olmaqla banka depozit yatırıb. “Texnikabank” müflis olduqdan sonra isə o, Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həmin pulları geri ala bilib.

Məlumatı redaksiyamıza verən mənbə bildirir ki, onun haqqında zaman-zaman mediada yazılan işçilərdən işə götürən zaman depozit alması, işçilərin əmlaklarını girov olaraq götürməsi, vergidən yayınma, şirkətdaxili texnikaların çoxunun oğurluq olması, xoşlamadığı işçini döydürməsi, ikili mühasibatlıq, istehsal etdiyi məhsulların erməni bazarlarında daha ucuz satılması, Lerik rayonunda narkotik plantasiyaları, qaçaqmalçılıq hətta cənab Prezidenti milyonların önündə aldatması, Əlikram Hümbətov haqda kitab yazdırması, Əlikram Hümbətovun maliyyə dayağı, Rəsul Quliyevin dostu, killerlərdən ibarət dəstə saxlaması kimi məsələlər heç də yanlış deyil: “Bütün bunlarla bağlı heç bir tədbirin görülməməsi Elxan Bəşirovun toxunulmaz olduğunu göstərdi. Bəşirovun heç kimdə bir manatı belə bata bilməz. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, Bəşirovun adına “Texnikabank”da hesab açıb depozit yatırtdığı adamları bank bağlandıqdan sonra baş ofisin önündə aksiya keçirib bu pulları Əmanətlərin Sığortalanması Fondundan “Dəmirbank” vasitəsi ilə aldılar. Maraqlıdır ki, bu qədər pozuntuları aidiyyatı orqanlar ya görmürlər, ya da görməzdən gəlirlər”.

Qeyd edək ki, E.Bəşirovun şirkətin İdarə Heyəti sədrliyindən istefa verməsi növbəti parlament seçkilərində iştirak etmək istəyilə bağlıdır. Bu barədə artıq mediada da yazılıb. Araşdırma zamanı o da məlum olub ki, E.Bəşirov yaxın vaxtlarda Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədrliyindən də istefa verəcək. Onun öz çevrəsində bu il növbədənkənar parlament seçkiləri keçiriləcəyi və onun da seçkilərdə iştirak edərək parlamentə “düşəcəyi”, bununla bağlı “lazım olan tədbirləri” gördüyünü dediyi barədə də məlumatlar var.

E.Bəşirovla bağlı redaksiyamıza daxil olan məlumatları “Mətanət A” şirkətinin mətbuat xidmətinə ünvanlasaq da, müxtəlif bəhanələrlə cavabdan yayındılar. Qarşı tərəf bizdən pul müqabilində mənbəni soruşsa da, bunun jurnalist etikasına zidd olduğunu diqqətə çatdıraraq qəti surətdə imtina etdik.

Mənbə: AFN.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar