Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmira Qafarova KQB-nin “xərçəng əməliyyatı”nın qurbanı olub - Həkimi danışır - Video

Məşhur alim KQB-nin “xərçəng əməliyyatı” barədə ilk dəfə danışır

Məşhur azərbaycanlı həkim, hazırda Almaniyada yaşayan professor Ağabəy Azərbaycani Azərbaycan Ali Sovetinin 1-ci sədri olmuş Elmira Qafarova ilə bağlı "BakuPost"a inanılmaz açıqlama verib.

Dünyaca məşhur həkim bildirib ki, E.Qafarova Rusiya xüsusi xidmət orqanları tərəfindən öldürülüb. Əsas məqsəd isə Azərbaycanda yaradılacaq hərc-mərcliyin qarşısını ala biləcək əsas şəxslərdən birini aradan götürmək olub:

"Elmira Qafarova çox alicənab, çox bilikli, fransız dilini ana dili kimi bilən, Azərbaycanın bir nömrəli xanımlarından biri idi. 1990-cı il hadisələrində Elmira Qafarova ilə Lütfiyar İmanov (Çox güman ki, Ağabəy Azərbaycani kimisə Lütfiyar İmanovla qarışdırır – red.) SSRİ-yə çox sərt etiraz elədilər. Elmira xanımı apardılar Rusiyaya, orada neynədilərsə, qarnında karsinoid adlı xərçəng növü yarandı. Mən onu Almaniyaya apardım. Endoskopiyadan keçirdik. Baxdım ki, hər yerinə yayılıb. Buna rəğmən 4 il yaşada bildik onu. Karsinoid adamda öz-özünə yaranmaz. İran şahını aradan götürmək istəyəndə ona da iynə vurmuşdular.

Almaniyada çox böyük qastrentoloq var idi, professor Luks. Köln Universitetinin xəstəxanasında çalışırdı. O müayinə etdikdən sonra dedi ki, bu xəstəliyi Elmira xanımın bədəninə yerləşdiriblər”.

Qeyd edək ki, E.Qafarova xəstəlik səbəbindən siyasətdən uzaqlaşmağa məcbur qaldı. 1993-cü ildə isə vəfat etdi.

Bir neçə il öncə E.Qafarovanın öldürüldüyü iddiası ilə özünü onun qızı kimi təqdim edən İnessa Hüseynova da çıxış etmişdi. O bildirmişdi ki, anası 1990-cı illərdə baş verən hadisələrin videoyazısını SSRİ rəhbərliyinə çatdırmaq üçün Moskvaya gedib: "Həmin vaxt məni maşın vurmuşdu. Başımdan zədə almışdım. Ona görə də xəstəxanada yatırdım. Anamla bir yerdə Rəşid Behbudov da Moskvaya getmişdi. Həmin vaxt eşitdim ki, anamı və Rəşid Behbudovu Moskvada zəhərləyiblər. Bunu mənə qardaşım dedi".

O, əslində Qafarova İnayət Fuad qızı olduğunu, anası tərəfindən xalasına övladlığa verildiyini, bundan sonra sənədlərdə adının Hüseynova İnessa Həşim qızı kimi dəyişdirildiyini vurğulamışdı. Bildirmişdi ki, mülklərinə göz dikən yaxınları onu Məştağada yerləşən ruhi-əsəb dispanserində məcburi müayinəyə cəlb etdirib. Bu açıqlamadan sonra E.Qafarovanın bəzi qohumları həmin xanımın sabiq sədrin qızı olmadığını söylədilər. Beləcə, E.Qafarovanın öldürülməsi iddiası da qeyri-ciddi qarşılandı.

İndi isə bu iddia ilə dünyaca məşhur azərbaycanlı həkim çıxış edir. Hadisələrin gözünün önündə baş verdiyini söyləyir.

Bunu da xüsusi vurğulayaq ki, E.Qafafova bir çox qərarları ilə SSRİ rəhbərliyini qıcıqlandırmışdı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə soxularaq dinc adamları qətlə yetirdiyi bir vaxtda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Elmira Qafarova sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayətə etiraz bəyanatı ilə çıxış etmişdi. Həmin bəyanatda deyilirdi:

SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən respublikamızın Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan xalqı, respublikanın bütün vətəndaşları adından qəti etirazımı bildirirəm. Tam məsuliyyət hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan SSR-nin ali dövlət, hakimiyyət və idarə orqanları SSRİ Ali Soveti Rəyasət Heyətinin belə bir qərarının qəbul olunmasına razılıq verməmişlər. Tökülən qan üçün bütün məsuliyyət bu qərarı qəbul etmiş və bilavasitə onun icrasını təmin etmiş SSRİ orqanları və onların vəzifəli şəxslərinin üzərinə düşür”.

Bu bəyanat o vaxt üçün çox cəsur hərəkət idi. Bu şəxsi bəyanatı ilə kifayətlənməyən E.Qafarova 160 deputatın müraciəti ilə 1990-cı il yanvarın 21-22-də Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasını çağırıb, ona başçılıq da etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - Siyahı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay