Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elm və Təhsil Nazirliyinin Eşqi Bağırov “fenomeni” – bu gəncin sürətli irəliləyişinin arxasında hansı qüvvə dayanır?

Elm və Təhsil Nazirliyində Eşqi Bağırov “möcüzəsi” haqda çox yazılıb...

Uzun illərdir haqqında, demək olar ki, hər gün şikayətlər edilən, sıravi müəllimlərin belə əlindən dad-aman etdiyi bu gənc adam hər kimdirsə, təhsil sektoru üçün vacib personaya çevrilməsi, istər-istəməz maraq doğurur.

Ötən ilin oktyabrında Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunan E.Bağırovun o qədər də çox yaşı yoxdur. O, əmək fəaliyyətinə 2014-cü ildə Təhsil Nazirliyinin İnsan resursları şöbəsində məsləhətçi kimi başlayıb.

2016–2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.

Eşqi Bağırov 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019–2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb. Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə ikinci magistratura təhsilini alır.

Düzdür, E. Bağırov da ETN-in digər vəzifəliləri kimi pedoqoji təhsilli deyil, lakin təhsil karyerasına baxanda kifayət qədər uğurlu bir gənc təsiri bağışlayan qəhrəmanımızın vəzifə karyerasında təəssüf ki, müsbət çalarlar tapmaq müşkülə çevrilib. Diqqətli oxucu xatırlayar, bir müddət əvvəl E.Bağırovun adı məhkəmə işində hallanmışdı. Belə ki, 34 nömrəli tam orta məktəbin sabiq direktoru Rəhman Hacıyevin yaxın qohumu, Rəfael adlı şəxsin 13 il Lənkəranda müəllim işləyən Könül adlı şəxsdən Bakıda sözügedən məktəbdə müəllim vəzifəsinə düzəlmək adı ilə 15 min manat pul alması ilə bağlı keçirilən məhkəmə prosesində E.Bağırovun da adı hallanırdı. Bildirilirdi ki, həmin şəxs pulun E.Bağırova çatacağını deyib. Bundan əvvəlsə “qəhrəmanımızın” adı müəllim qruplarına kart göndərtdirərək pul yığmaqda hallanmışdı. Müəllimlərə həmin vəsaitlərin guya “şəhidlər fonduna” yığıldığı bildirilib. Vəsait üçün müəllim qruplarında paylaşılan kart isə şəxsən E.Bağırovun özünə aid olub. Bir məmurun qeyri-rəsmi formada, şəxsi kart vasitəsilə yardım adı altında pul yığdırması kifayət qədər ciddi hadisə olsa da, E.Bağırov “möcüzəsi” burdan da problemsiz adlaya bildi. Hətta bu və bu kimi digər məsələlər ictimailəşdikdən sonra E.Bağırovun vəzifədə bir pillə də irəli çəkilməsi təbii ki, maraq doğurur.

Kimdir Eşqi Bağırov? Arxasında kim, yaxud hansı qüvvə dayanır?

Mövzu ilə bağlı saytımıza danışan mənbə E.Bağırov haqda ciddi iddialar səsləndirib. Bildirilir ki, Bağırovu Azərbaycanda dəstəkləyən, karyerada sürətlə irəliləməsinə dəstək olan qüvvə FETO-dur. “Əslində hər qurumda bir, yaxud bir neçə eşqi bağırov var: karyerada sürətlə irəliləyən, bir neçə ali təhsilə malik, qurum içərisində gizli rəhbərlik edən şəxs(lər) bütün qurumlarda mövcuddur. Bunların əksəriyyətini himayə edən gizlin qüvvələr də var. Eşqi Bağırovda bu qüvvə FETO-dur” – deyə mənbəmiz iddia edir.

Qeyd edilənlərlə bağlı E.Bağırovun mövqeyini verməyə hazırıq.(AFN)

Fotolar

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar