Bakının 162 saylı orta məktəbinin şagirdləri intihar edən Elina Hacıyeva haqda təhsil ocağının divarına “Elina hər gün sizi izləyəcək” sözlərini yazıblar
Bu şüar sosial şəbəkələrdə yayılıb və məktəbli yoldaşlarının Elinaya dəstəyi kimi təqdim olunub.
Qeyd edək ki, Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən ataraq intihar edib və xəstəxanada dünyasını dəyişib. Məktəbin direktoru, müavini və psixoloqu işdən çıxarılıb, istintaq gedir. (Kult.az)
pia.az