Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elçibəyin baş prokuror müavini təyin etdiyi çəxsin məhkəməsi davam edir

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Məmmədvəli Cəfərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Prosesdə təqsirləndirilən Məmmədvəli Cəfərov ifadə verib. M.Cəfərov ifadəsində ona elan olunan ittihamlarla razılaşmadığını deyib. O, zərərçəkmiş Rəşad Yusifovun ona, həbsdə olam atasının işində vəkil qismində çıxması üçün müraciət etdiyini, sonuncuya hüquqi yardım göstərdiyini bildirib: "Atasının hüquqlarını müdafiə etməyimi istədi, müqavilə bağladıq. Mənə dedi ki, atasının azadlığa çıxmasına kömək edim. Ona bunun mümkünsüz olduğunu, atasına ən aşağı həddə cəza verildiyini söylədim. Dedim ki, atan rüşvət alıb, məsələ ictimailəşib. Buna görə daha artıq kömək etmək mümkün deyil. Mən təcrübəli vəkiləm, bunu da dəqiq bilirdim".

M.Cəfərov ifadəsində pulların biznes qurmaq məqəsdilə alındığını deyib: "Rəşad atasına aid olan 100 min manatla bizneslə məşğul olmaq istədiyini dedi. O vaxt mənim Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatında çalışan Möhübbət Əhmədov adlı tanışım var idi. Onunla görüşərək bu barədə danışdıq. İş görməyə köməklik edəcəyini dedi. Sonra Rəşadla Möhübbəti görüşdürdüm. Nərimanovdakı görüşdə Möhübbət siqaret biznesi təklif etdi. Rəşad da bununla razılaşıb pul verdi. Sonra Xətaidə görüşəndə Rəşad mənə 80 min manat verdi. Mən də Nərimanovda görüşərək pulu Möhübbətə verdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2015-ci il mart ayının axırlarında Möhübbət ona siqareti Azərbaycana gətirən şəxsin iflas olduğunu, işin alınmadığını, pulların batdığını bildirib. Rəşad isə pullarını tələb etməyə başlayıb: “Əgər pulu mənə atasının azadlığa çıxarılması üçün vermişdisə, niyə atasının işi ilə bağlı məhkəmə qərarı məlum olmadan pulu geri istəyirdi? Rəşad pulu tələb etməyə başlayanda mənə hədə-qorxu gəlməyə, təhqirlər yazmağa başladı. Pulun az bir hissəsi Möhübbət tərəfindən qaytarıldı. Sonra məndən şikayət edərək guya atasının azadlığa çıxarmaq adı ilə ondan 150 min manat pul aldığımı dedi. Rəşad Yusifovun təqdim etdiyi saxta şahidlər və sübutlarla mənə qarşı belə bir ittiham irəli sürüldü".

M.Cəfərov həmçinin deyib ki, Rəşad şikayətində ona verdiyi pulu ayrı-ayrı şəxslərdən borc aldığını göstərib:

“Onun dediklərində ziddiyyətlər var. Ona dəfələrlə verdiyim suallara "xatırlamıram", "yadımda deyil" cavablarını verib. Ciddi psixoloji problemləri olan insanlarda belə hallar müşahidə olunur. Bundan başqa, Rəşad Yusifov ifadəsində guya atasını azad etməyim üçün mənə verdiyi 100 min manatı evini sataraq əldə etdiyini deyir. Amma mənə evlərində olan pulun atasını məxsus olduğunu deyirdi. İstintaq zamanı araşdırma aparılmadı ki, görək Rəşad ev satıbmı, ümumiyyətlə onun Bakıda evi olubmu? Məhkəmənin diqqətinə çatdırım ki, Rəşad özü mənə dedi ki, Bakı Şəhər Prokurorluğunda Namiq Məmmədov adlı şəxs var. Dedi ki, o atasının çıxmasına kömək edəcək. O, Namiqə 10 min manat verdiyini də dedi. Əgər onun atasını mən azad etdirəcəkdimsə, niyə Namiqə də pul verirdi, onunla görüşürdü?”

M.Cəfərov həmçinin deyib ki, Rəşad atasının pulunu dağıtdığından bu işdən canını qurtarmaq üçün ona və

Möhübbət Əhmədova böhtan atır: “Rəşad bir dəfə üç min manat borc pul istədi, dedi, qumarda uduzub, "tavan"dadır. Deyirdi ki, əgər pulu verməsə, onu "nakazat" eləyəcəklər. Mənə deyirdi ki, Gürcüstanda keçirilən poker yarışında 7-ci yeri tutub. Bu işdə Rəşadın bir dostu da ifadə verdi. Guya Rəşad ondan borc alıb mənə verib. Həmin şəxs özü qanunsuz qumarxana saxladığına görə həbsdədir. Bunu ona görə deyirəm ki, Rəşadın tüfeyli həyat tərzi sürdüyü üzə çıxısın. Rəşad Yusifov dəri xəstəliyi barədə saxta sənəd alaraq əsgərlikdən yayınıb ".

İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib.

Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb (Rəhman Yusifov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Qaradağ rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. O, vəzifədən istifadə etmə, külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin 2013-cü il tarixli hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib-red). Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.

Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Qeyd edək ki, M.Cəfərov Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci il sərəncamı ilə Baş prokurorun müavini təyin edilib. M.Cəfərov bir müddət bu vəzifədə çalışıb. (Virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar