Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "Tələbə Bakı Dövlət Universitetində oxumaq istəmirsə, digərləri görün nə gündədir..."

“Tələbə niyə oxuyur? Gələcəkdə özünün və ailəsinin maddi təminatını yaratmaq üçün. Tələbələr görürlər ki, Azərbaycanda təhsil almaqla bunu əldə etmək mümkün deyil. Ona görə də xaricdə təhsilə bir növ iş yeri kimi baxırlar. Bu tendensiya Azərbaycanda davam edir və edəcək. Təhsil prioritet sahəyə çevrilməlidir”.

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib.

Ekspert xatırladıb ki, Qafqaz Universiteti normal təhsil verirdi: “Dünya ali məktəblərinin təhsil reytinqində də az-çox yeri var idi. Qafqaz Universitetini məhv elədilər. Niyə? Çünki təhsil verirdi. Bar verən ağacı kəsdilər. İndi yeganə Xəzər Universiteti qalıb. O da vurnuxur o yana, bu yana. Müəyyən qədər sıxışdırılır, təbii ki, bunu deyə bilmirlər. Xəzər Universiteti Azərbaycan kimi qapalı cəmiyyətdə mövcuddur və bu qapalı cəmiyyətin xüsusiyyətlərini özündə əks etdirməlidir. İmkan versələr, təbii ki, Xəzər Universiteti yaxşı təhsil verər. Müqayisə etsək, indi də normal təhsil verir, amma imkanları zəifdir. Hesab edirəm, bundan başqa universitetlər Azərbaycanda təhsil vermirlər, sadəcə, valideynlərin başını aldadırlar, vəssalam. Tələbələrin xaricə üz tutmaları da bununla bağlıdır. Bu, bir ilin tendensiyası deyil. Bəlkə, 15 ildir bu tendensiyanı müşahidə edirəm. Tələbə Bakı Dövlət Universitetindən çıxıb gəlib Xəzər Universitetində, ordan da çıxıb gəlib Qafqaz Universitetində oxuyub. Bu, təxminən 12-13 il bundan əvvəl olan söhbətdir. Hələ o vaxt həyəcan təbili çalırdıq, deyirdik. Görünür, təhsil vermək hökumətin marağında deyil”.

N.Qulamoğlu abituriyentlərin Bakı Dövlət Universitetində oxumağa maraq göstərməmələrinə də münasibət bildirib: “Tələbə Bakı Dövlət Universitetində oxumaq istəmirsə, deməli, bu boyda ali məktəb normal fəaliyyət göstərmir, digərləri görün nə gündədir. Sabah Elçin Babayevi çıxarıb, məni rəhbər qoysunlar. Lap deyək, özümü demokratiya quran adam sayıram. Məsələ budur ki, o universitetə rəhbər təyin olunsam belə, oranın oyun qaydaları var. Oyun qaydalarını da təlqin edən Təhsil üzrə Komissiyadır. Komissiya hansı universitetə nə göstəriş verirsə, onu da edirlər. Xəzər Universiteti niyə bu oyun qaydalarında bir az fərqli hərəkət edib? Çünki onun maliyyəsi başqa cür formalaşıb, maliyyəsini özü formalaşdırır. Azərbaycan hakimiyyətindən asılılığı çox azdır, demək olar, yoxdur. Ona görə də BDU-da istər əvvəlki, istər indiki rektor olsun, artıq orada ənənə formalaşıb. BDU bir siyasi qurumdur, pedaqoji qurum deyil. Hansı ali məktəbdə siyasi ideyalar təbliğ olunursa, o ali məktəb fəaliyyət göstərməz axı. İstər müəllimi, istər rəhbərliyi... Məsələ bundadır. Nə qədər siyasi sistem BDU-ya nüfuz edir, təsirsiz ötüşmür, orada təhsil də ola bilməz. Səbəbi budur...”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Livanın bütün ərazisində elektrik enerjisi kəsilib

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay