Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: "Tarif Şurasının dərmanlara dair son qərarı rəqabəti artıracaq"

Azərbaycana idxal olunan dərmanların tanınması üçün ekspertiza müddətinin 11 iş günü müəyyən edilməsi bu sahədə rəqabətliliyi artıracaq

Bunu "Report"a açıqlamasında Tarif (Qiymət) Şurasının bugünki qərarını şərh edən istehlak bazarı üzrə ekspert Eyyub Kərimli bildirib.

Bundan başqa, onun sözlərinə görə, sadələşdirilmiş ekspertiza tariflərinin mövcud tariflərdən 20-29 % az müəyyən edilməsi ölkədə dərman çeşidliliyinin artmasına müsbət təsir göstərəcək.



“Bu cür addımlar sahibkarların ölkəyə dərman idxal etməsinə marağını artırır. Digər tərəfdən bu cür yeniliklər qiymətlərə, dərmanların maya dəyərinə az da olsa təsir göstərəcək. Yeni qərar qüvvəyə mindikdən sonra Azərbaycan bazarına daha keyfiyyətli dərmanlar daxil olacaq, istehlakçıların seçim imkanları xeyli artacaq. Bu da əhalinin sağlamlığın qorunması üçün vacibdir", - deyə ekspert qeyd edib.

"Azərbaycan il ərzində təxminən 500 milyon ABŞ dolları dəyərində dərman idxal edib. Dərman sənayemiz 90 % idxaldan asılıdır. Prosedurların sadələşdirilməsi bu sahə ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətini stimullaşdıracaq”, - E.Kərimli fikrini tamamlayıb.

Poliqon.info 


Etiket: Dərman


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Anasını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb - Yenilənib

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar