Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Əhmədzadənin adamının adı 6 milyonluq cinayətdə hallandı - Foto  

Məhkəmə prosesində adı bir çox qalmaqallı cinayət işlərində hallanan və ifadələr vermiş Rəsmiyyə Qazıyeva da şahid qismində dindirilib...

Yasamal Rayon Məhkəməsində vergidən yayınmaya görə barəsində cinayət işi açılmış şəxsin məhkəməsi başa çatıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 66 yaşlı Əliqulu Əliyevin adına açılmış çoxsaylı şirkətlər vasitəsilə 5,7 milyon manatdan çox gəlir və mənfəət vergisinin büdcədən yayındırılması müəyyən edilib. Məhkəmədə Ə.Əliyev bildirib ki, şirkətləri onun adına tanınmış iş adamı Yaşar Allahverdiyev açıb və buna görə ona aylıq maaş verilib.

Məhkəmə prosesində həmçinin adı bir çox qalmaqallı cinayət işlərində hallanan və ifadələr vermiş Rəsmiyyə Qazıyeva da şahid qismində dindirilib.

Məhkəmənin hökmü ilə Əliqulu Əliyev Cinayət Məcəlləsinin 213.3-cü (Vergidən yayınma - xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib və ona 5 il müddətinə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altına verilən şəxs məhkəmə zalındaca həbs edilərək təcridxanaya göndərilib.


Yaşar Allahverdiyev

Həmçinin onun barəsindəki mülki iddia da təmin edilib və təqsirləndirilən şəxsdən 5,7 milyon manatın tutulması barədə qərar çıxarılıb.

Qeyd edək ki, vergidən yayınmış şirkətlər əsasən dövlət sifarişlərini yerinə yetirib və Əhməd Əhmədzadənin sədrliyi dövründə (2006–2021) Meliorasiya və Su Təsərrüfatı Dövlət Komitəsinin və digər qurumların keçirdiyi çoxsaylı tenderin qalibi olub. Yerli mediada bir çox vəzifələrdə çalışmış Yaşar Allahverdiyevin Əhməd Əhmədzadəyə yaxın şəxs olduğu bildirilir. Y.Allahverdiyevin vasitəsilə rəsmiləşdirilmiş şirkətlərin çoxsaylı milyonluq tenderdə qalib gəlməsi ilə bağlı məlumatlar var.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Rusiya Ermənistanı "Smerç" raketləri ilə doldurur

Ən çox oxunanalar