Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ədalət Verdiyev: Hindistanın bu coğrafiyada geniş şəkildə təmsil olunması mümkün olmayacaq...

Hindistan və Ermənistan arasında hərbi əməkdaşlıq çox böyük sürətlə inkişaf edir...

Hərbi-ekspert: “Hindistanın Ermənistanı silahlandırmaq əsas məqsədi Çin və Pakistanla Azərbaycanın olan müsbət münasibətlərinə cavab reaksiyası kimi də dəyərləndirilə bilər”.

“Hindistanın Ermənistana verdiyi silahlar Yerəvanla Bakı arasında mövcud olan güc potensialına təsir edə bilməz”.

Bu sözləri hərbi-ekspert Ədalət Verdiyev Hindistanın Ermənistanı silahlandırmasını Poliqon-a şərh edərkən qeyd edib.

Hindistan və Ermənistan arasında hərbi əməkdaşlıq çox böyük sürətlə inkişaf edir və Yeni Dehli İrəvanı müasir silahlarla təmin edir. Bəs, Hindistanın Ermənistanı sürətlə silahlandırmasında əsas strategiyası nədir və doğrudanmı Yeni Dehli bu yolla Cənubi Qafqazda mövqe əldə edə bilər?

Hindistanın Cənubi Qafqaz niyyətini Poliqon-un əməkdaşı hərbi-ekspert Ədalət Verdiyev ilə müzakirə edib.

Ədalət Verdiyev: “Hindistanın bu coğrafiyada geniş bir şəkildə təmsil olunma cəhdləri mövcud reallıqlar fonunda, xüsusilə də, Türkiyə-Azərbaycan münasibətləri fonunda qətiyyən nəticə verməyəcək”.

Eyni funksiyaları başqa ölkələrin də həyata keçirməyə çalışdığını xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, Hindistanla yanaşı Ermənistanın silahlanmasında Fransa da aktivlik göstərir. Lakin göründüyü kimi bu günə qədər mövcud cəhdlər heç bir nəticə verməyib və verməyəcək də:

“Hindistanın Ermənistana verdiyi silahlar Yerəvanla Bakı arasında mövcud olan güc potensialına təsir edə bilməz. Hazırda Ermənistan istənilən sahədə xüsusilə də, hərbi potensial sahəsində Azərbaycandan dəfələrlə geri qalır.

İndiki vəziyyətdə Hindistan təhlükəsizlik məsələsində ən ciddi problemlər yaşayan ölkələrdən biridir. Özünün müdafiə və təhlükəsizlik sahəsində demək olar ki, bütün imkanlarını itirən Ermənistana ona silah təklif edə bilən istənilən ölkənin daxil olması mümkündür.

Hindistanın Ermənistanı silahlandırmaqds əsas məqsədi Çin və Pakistanla Azərbaycanın olan müsbət münasibətlərinə cavab reaksiyası kimi də dəyərləndirilə bilər. Təbii ki, burada təhlükəsizlik konsepsiyasında boşluq yaranan Ermənistan ərazisində yerləşməklə Türkiyə və Azərbaycana qarşı Hindistanın fəaliyyət göstərmək niyyəti də özünü açıq şəkildə büruzə verir.

Lakin mən əminəm ki, bütün bu məqsədlərin son məntiqi nəticəsi əldə olunmayacaq. Hindistanın bu coğrafiyada geniş bir şəkildə təmsil olunma cəhdləri mövcud reallıqlar fonunda, xüsusilə də, Türkiyə-Azərbaycan münasibətləri fonunda qətiyyən nəticə verməyəcək.

Onu da qeyd edim ki, eyni funksiyaları başqa ölkələr də həyata keçirməyə çalışır. Xüsusilə, burada Fransa daha çox aktivlik göstərir. Lakin göründüyü kimi bu günə qədər mövcud cəhdlər heç bir nəticə verməyib və verməyəcək də”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Lənkəranda itkin düşmüş 22 yaşlı qadının boğularaq öldürüldüyü müəyyən olunub, tanışı tutulub

Ən çox oxunanalar