Çərşənbə axşamı, 30 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX rəisi Əli Nağıyev Sədərəyin Kərki kəndi yaxınlığında erməni həmkarı ilə görüşüb

Azərbaycan DTX-nın rəisi, general-polkovnik Əli Nağıyev erməni həmkarı Armen Abazyan ilə görüşüb.

PİA.az Ermənistan MTN-nin rəsmi məlumatına istinadən xəbər verir ki, tərəflər Azərbaycanla Ermənistan sərhədləri yaxınlığındakı neytral zonada görüşüblər.

Məlumatlardan aydın olur ki, görüş Naxçıvanın işğaldan azad edilməsini gözləyən Kərki kəndi yaxınlığında baş tutub.

Erməni xüsusi xidmət orqanının bildirdiyinə görə, görüşdə əsasən əsirlərin mübadiləsi məsələsi müzakirə olunub. Halbuki, Azərbaycan əlindəki bütün əsirləri azad edib. Hazırda bizdə qalanlar atəşkəs anlaşmasından sonra Azərbaycan ərazisinə gələn terroristlərdir ki, onlar da əsgər olmadıqlarından əsir kateqoriyasına girmirlər. İddialara görə, Ermənistan tərəfdə isə bizim iki əsirimiz var. Müzakirə mövzularından biri ermənilərin əlində olan həmin əsirlərin Azərbaycana təhvil verilməsi ola bilər.



Digər bir mövzunun Naxçıvan MR-in Sədərək rayonunun Kərki kəndinin Azərbaycana təhvil verilməsi ola biləcəyi düşünülür. Qeyd edək kİ, bir müddət əvvəl erməni mediası da Kərkinin Azərbaycana təhvil veriləcəyini bildirmişdi.

Baş çekistlərin Kərki yaxınlığında görüşmələri də bu ehtimalı gücləndirir.

Xatırladaq ki, general-polkovnik Əli Nağıyevlə onun erməni həmkarı Armen Abazyan dekabrın 30-da Moskvada da bir araya gəlmiş, erməni terror hərəkətlərinin qarşısının alınması və digər vacib məsələlərlə əlaqədar məlumat mübadiləsi etməyə qərar vermişdilər. (Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Paris-2024: Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib - Yenilənib

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

DSX əməkdaşının sosial şəbəkələrdə yayılmış videogörüntüsü ilə bağlı açıqlama

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Baş prokuror 11 yaşlı Rasimin atasını və ailənin nümayəndəsini ikinci dəfə qəbul edib

Ən çox oxunanalar