Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DSK sədrindən Toğrul Maşallıya qeyri-rəsmi "naxoş" xəbər

23 saylı Nəsimi-Səbail DSK-nın sədri Toğrul Maşallıya qeyri-rəsmi qaydada namizədliyinin qeydə alınmayacağını bildirib...

"Hərəkət" Seçki Blokunun namizədi Toğrul Vəliyevə namizəd olduğu 23 saylı Nəsimi-Səbail DSK tərəfindən süni əngəllər yaradılır. PİA.az xəbər verir ki, bu barədə, o, öz facebook səhifəsində yazıb:

"Bu gün saat 13-ə yaxın 23 saylı Nəsimi-Səbail dairə seçki komissiyasına dəvət olundum. Saat 3-ə işləmiş yaxınlaşanda, DSK sədri məni aşağıdakı cümlə ilə qarşıladı:

-Toğrul müəllim, mən sizə xoş xəbər verə bilməyəcəyəm.

Sonra məlum oldu ki, təqdim etdiyim 488 imza arasında 42 etibarsız imza tapılıb (başqa sözlə 446 etibarlı imza). Etibarsız imzalar da maraqlı sistem üzrə tapılıb. Deməli etibarsız imzalar arasında 20-si "sistemdə" tapılmayıb. Sistemin adını soruşanda məlum oldu ki, Nəsimi və Səbail rayonlarında qeydiyyatdan keçmiş şəxslərin sistemi nəzərdə tutulur.

Mən də təklif etdim ki, yanımda bu insanlar yoxlanılsın. 3 nəfəri yoxlayanda onlar həm seçicilər siyahısında, həm də dedikləri "sistemdə" tapıldı. Sadəcə işçi nəyəsə görə "Romanenko" yerinə "Romenenko" ya da "Hüseynova Tamila" yerinə "Hüseynovatamila" axtarırdı. Bundan sonra axtarış dərhal dayandırıldı.

Qərar barədə soruşanda isə, mənə qərarın birinci gün veriləcəyi barədə məlumat verdi. Amma "rəyə" görə "imtina"-dır deyildi.

Sonra isə sədr mövzuya heç bir aidiyyatı olmayan suallar verdi. Sonda da xəbər verdi ki, işçi qrupu bir də yoxlayacaq. Amma qərarın necə olması bəlli deyil. Görüşün sonunda heç bir sənəd almadım və ona görə bu gün çağrılmağımın mənasını başa düşmədim.

Dostlar, paylaşsaz yaxşı olar və KİV-lərdən xahiş edərdim ki, imkan daxilində bu məsələni nəzarətdə saxlasınlar".

Maraqlıdır ki, 23 saylı Nəsimi-Səbail DSK-nın sədri iki gün əvvəl namizədi qeydiyyata alınmayaçağı ilə bağlı məlumatlandırıb. Görəsən o, namizədə bu xəbərdarlığı edərkən hansı məqsədi güdüb?

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Deputat: “Uşağı əməliyyatla dünyaya gətirirlər, bunun nəyi analıqdır?!” - Video

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Ən çox oxunanalar