Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Miqrasiya Xidmətində altı ayda nələr dəyişib?

Vüsal Hüseynov geniş təqdimatla çıxış etdi, təkliflərini açıqladı

Bu gün Dövlət Miqrasiya Xidmətində (DMX) 2018-ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Media və vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iştirakı etdiyi tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun fəaliyyəti barədə danışıb.

O, DMX-in fəaliyyət istiqamətləri – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı geniş təqdimatla çıxış edib.

Təqdimatda Xidmətin fəaliyyətinə dair statistik rəqəmlər və görülmüş işlər öz əksini tapıb.

Belə ki, bu ilin 6 ayı ərzində 1.324.075 halda 827.352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb. ( Bu rəqəm 2017-cı ilin müvafiq dövründə 1.199.770 halda 747.107 nəfər olub). Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 %-dən çox artım olduğunu göstərir.

Xidmət rəisi diqqətə çatdırıb ki, hesabat dövründə 347.767 (2017-cı ilin müvafiq dövründə 315.736) əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Bu da ötən illə müqayisədə 10 % artım deməkdir.

Ölkə ərazisində olma və yaşama icazələrinin, haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin, qaçqın statusunun alınması, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı birinci yarım il ərzində Xidmətə 38.360 müraciət daxil olub.

Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 % artım qeydə alınıb və bu rəqəm1.859 (2017-cı ilin müvafiq dövründə 1.487) olub.

Bu il iyulun 1-nə olan məlumata görə ölkəmizdə 32.648 nəfər müvəqqəti, 11.288 nəfər daimi yaşamaq üçün icazə əsasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs var.

Hesabat dövründə Xidmətə vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı 13.341 (2017-cı ilin müvafiq dövründə15.675) müraciət daxil olub.

Xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiya ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub. Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib.

V.Hüseynov vurğulayıb ki, əsas fəaliyyət istiqamətlərindən biri qanunsuz miqrasiyaya qarşı mübarizə aparılması olan Xidmət tərəfindən miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9.603 (2017-cı ilin müvafiq dövründə 9.396) əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan Respublikası vətəndaşları barəsində müvafiq qərarlar qəbul edilib. Bu da ötən dövrlə müqayisədə 2 % artım deməkdır.

Ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin (DMX-nin qeydiyyatında olanlar) sayında 23 % artım müşahidə olunub. Hazırda bu şəxslərin sayı (46 nəfər ərizəçi 29 nəfər ailə üzvü ilə birlikdə) 75 nəfərdir (2017-cı ilin müvafiq dövründə (43 nəfər ərizəçi 18 nəfər ailə üzvü ilə birlikdə) 61 nəfər olub).

“Çağrı mərkəzi şöbəsi”nə daxil olmuş zənglərin sayı 10 % artaraq, bu rəqəm cari ilin birinci yarısında 51.394 (2017-cı ilin müvafiq dövründə 46.992) olub. Canlı rejimdə cavablandırılan müraciətlərin 18 %-i (9.377) müvəqqəti yaşamaq üçün icazə, 10 %-i (5.383) olduğu yer üzrə qeydə alınma ilə bağlı zənglər olub.

Vüsal Hüseynov bildirib ki, hazırda, miqrasiya ilə bağlı elektron xidmətlərin imkanlarının genişləndirilməsi üçün iş aparılır. Dövlət Miqrasiya Xidməti tərəfindən daha bir elektron xidmət – ölkəyə gəlişə və ölkədən gedişə məhdudiyyəti yoxlamağa imkan verən sistem istifadəyə verilib.

Həmçinin Xidmətin rəsmi saytının fəaliyyəti məzmun, texniki, vizual və əlçatanlıq baxımından təkmilləşdirilib. Yeni bölmələr və altbölmələr yaradılıb. İstifadə imkanları rahatlaşdırılıb. Xidmətdə sosial şəbəklərin imkanlarından da geniş istifadəyə başlanılıb. Bu ilin mayında qurumun rəsmi “Facebook” səhifəsi yaradılıb ki, buradan da məlumatlar mütəmadi olaraq yenilənir və daxil olan suallar operativ cavablanıdırılır.

Xidmətdə iş icazələrinə baxılma üzrə birbaşa Dövlət Miqrasiya Xidmətinin rəisinə müraciət imkanı verən “qaynar xətt” yaradılıb. “ASAN Viza” sistemi vasitəsilə elektron əmək vizasının alınması təmin edilib.

DMX-nin təşəbbüsü ilə iş icazələri ilə bağlı şəffaflığın təmin edilməsi, işəgötürənlərin rastlaşdıqları çətinliklərin təhlili məqsədilə ölkəmizdə fəaliyyət göstərən yerli və xarici sahibkarlar konfederasiyalarının, iş icazələri üçün müraciət edən iri şirkətlərin nümayəndələrinin təmsilçiliyi ilə Dövlət Miqrasiya Xidməti yanında Məşvərət Şurasının yaradılması ilə bağlı ilkin işgüzar müzakirələr keçirilib. Hazırda Məşvərət Şurasının fəaliyyətinin tənzimlənməsinin əsasları hazırlanır.

Hesabat dövrü ərzində ölkədə miqrasiya proseslərinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər edilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən ölkə ictimaiyyətinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müxtəlif dillərdə məlumatlandırılması məqsədilə də mütəmadi iş aparılır. Belə ki, bir neçə gün əvvəl qanunvericiliyə edilmiş dəyişikliklərə görə müddəti 10 gündən 15 günədək artırılan olduğu yer üzrə qeydiyyatla bağlı Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində yeni dizaynda hazırladığı bildirişlər ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində təqdim edilir. Həmçinin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə olduqları yer üzrə qeydiyyatı ilə bağlı məlumatlandırılmaları məqsədilə 3 dildə yeni video çarx hazırlanıb, Xidmətin qəbul şöbələrində, hava limanında və digər müvafiq yerlərdə yerləşdirilib.

Xidməti rəisi qeyd edib ki, cari ilin 6 ayı ərzində miqrasiya proseslərinin daha effektiv tənzimlənməsi üçün miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli əsaslarla əməkdaşlığın genişləndirilməsi, Dövlət Miqrasiya Xidmətinin beynəlxalq əlaqələrinin inkişafı diqqət saxlanlıb. Xidmət tərəfdaş ölkələrin miqrasiya üzrə məsul qurumları, eyni zamanda beynəlxalq təşkilatlarla birgə bir sıra uğurlu layihələri davam etdirib. Beynəlxalq qurumların nümayəndələri, o cümlədən bir sıra dövlətlərin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə edilib.

V.Hüseynov bildirib ki, bundan əlavə olduğu yer üzrə qeydiyyatla bağlı müraciət imkanları genişləndirilib, “ASAN xidmət” mərkəzlərində də qeydiyyata düşmək imkanı yaradılıb. Olduğu yer üzrə qeydiyyatla bağlı mobil tətbiqin hazırlanması istiqamətində işlər görülür.

pia.az


Etiket: miqrasiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Ən çox oxunanalar