Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Məşğulluq Mərkəzinin kursunun qəzaya uğrayan iştirakçılarının vəziyyəti açıqlanıb - Yenilənib

Bu gün Tərtər rayonunda baş verən ağır yol qəzasında xəsarət alan Dövlət Məşğulluq Mərkəzinin kursunun iştirakçılarının vəziyyəti açıqlanıb...

Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin direktoru Mayis Musayev bildirib.

O, qeyd edib ki, günorta saatlarında Tərtər rayonunda 1 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnən yol qəzasında yaralananlardan 6-sı Özünüməşğulluq proqramına cəlb edilmiş və Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçirilən təlimlərdə iştirak edən vətəndaşlardır.

“Hadisə həmin yoldan keçən toy karvanındakı avtomobillərin toqquşması nəticəsində idarəetmədən çıxan avtomobilin dayanacaqda sərnişinləri mindirib düşürən mikroavtobusa çırpılması nəticəsində baş verib. Həmin vaxt dayanacaqda dayanan ictimai nəqliyyata minməyə çalışan təlim iştirakçıları da qəzadan yayına bilməyib”, - o qeyd edib.

Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb: “Xəsarətləri yüngül olan 4 nəfər ilkin tibbi yardımdan sonra evə buraxılıb. Qəzada müxtəlif bədən xəsarətləri alan 2 nəfər isə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və həkim nəzarəti altındadır. Baş vermiş qəza nəticəsində həyatını itirən vətəndaşımızın ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirik”.

***

Tərtər rayonunda iki minik avtomobili və mikroavtobusun iştirakı ilə baş verən ağır qəzanın bəzi təfərrüatı məlum olub.

"Report"un Qarabağ bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin xəttilə Tərtər şəhərində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) keçirilən kursun iştirakçıları olub.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) “Report”a bildirilib ki, toy karvanı ilə hərəkət edən “KİA” markalı minik avtomobili ilə “Toyota Prius” markalı minik maşını toqquşub: "Daha sonra “Toyota Prius” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil qarşıda hərəkət edən mikroavtobusa çırpılıb. Nəticədə “Toyota Prius”un sərnişini aldığı xəsarətlərdən hadisə yerində ölüb. Ümumilikdə qəza zamanı 8 nəfər yüngül xəsarət alıb. Faktla bağlı araşdırmalar davam etdirilir".

***

Tərtər rayonunda iki minik avtomobilinin toqquşduqdan sonra mikroavtobusa çırpılması nəticəsində yaralıların sayı 16 nəfərə çatıb.

"Report"un Qarabağ bürosu hadisə nəticəsində ölən və xəsarət alanların bəzilərinin adlarını əldə edib.

Hadisə nəticəsində ölən şəxs 1992-ci il təvəllüdlü Rüstəmzadə Xəyal Natiq oğludur.

Yaralılar isə aşağıdakılardır:

1) 1993-cü il təvəllüdlü Qaraşov Anar Vəliş oğlu
2) 1980-ci il təvəllüdlü Şahbazova Gülşən
3) 1981-ci il təvəllüdlü Şahbazov Tural
4) 1974-cü il təvəllüdlü Qurbanova Xatirə
5) 1990-cı il təvəllüdlü Nəcəfova Ceyhunə
6) 2010-cu il təvəllüdlü Nəcəfova Gülay
7) 1950-ci il təvəllüdlü Nəcəfova Raya
8) 1994-cü il təvəllüdlü Cabbarov Təbriz
9) 1965-ci il təvəllüdlü Mirzəyev Elşad
10) 1975-ci il təvəllüdlü Hidayətova Afət
11) 1970-ci il təvəllüdlü Hidayətov Yavər
12) 1968-ci il təvəllüdlü Tağıyev Zakir

***

Tərtər rayonunda bir nəfərin ölümü, daha bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, "Kia" və "Pirus" markalı minik avtomobilləri toqquşaraq yolun kənarında dayanan mikroavtobusa çırpılıb.

Hadisə nəticəsində bir nəfər ölüb, 10-dan çox adam isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralıların kimliyi, eləcə də hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

pia.az


Etiket: qəza


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Deputatlığa namizədin Nyu-Yorkda milyonluq villası: Məşhur Məmmədovu ölkədə “məşhur” edən fakt - Video

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Ən güclü antioksidant mənbəyi: Ürəyi gücləndirir, bağırsaqları təmizləyir

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar