Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dmitri Medvedevin anonsu: Üçüncü Dünya müharibəsi yaxınlaşır...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, NATO sammitində Ukraynaya silah yardımını artırmaq qərarına reaksiya verib...

Poliqon xəbər verir ki, sabiq Rusiya prezidenti öz telegram kanalında yaydığı bir açıqlamada Üçüncü Dünya müharibəsinin yaxınlaşdığını bildirib.

Medvedev yazılı açıqlamasında Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvəsini dəyərləndirib. Sammitdə əldə edilən nəticələrin Rusiyanın gözləntiləri daxilində olduğunu bildirən Medvedev Ukraynanın yəqin ki, heç vaxt NATO-ya qəbul edilməyəcəyini deyib:

“Alyansdakı realistlərin ucadan deməkdən qorxduğu məhz budur. Bundan əlavə, Kiyev rejiminə silah dəstəyi, raketlər, kaset bombaları və təyyarələr hər şəkildə artırılacaq”.

Qərbin “dəli” olduğunu vurğulayan Medvedev “Dəli olmuş Qərbin ağlına başqa bir şey gəlmir. Onlar axmaqlıq həddinə qədər proqnozlaşdırıla bilməyin ən yüksək səviyyəsindədirlər. Bu, çıxılmaz dalandır. Üçüncü Dünya müharibəsi yaxınlaşır”, deyə yazıb.

Bu nəticələrin Rusiya üçün mənasının da aydın olduğunu qeyd edən Medvedev əlavə edib:

“Xüsusi hərbi əməliyyat eyni məqsədlərlə davam edəcək. Onlardan biri Kiyev nasist qruplaşmasının NATO üzvlüyünün rədd edilməsidir ki, biz bunu əvvəldən israrla demişik, bu mümkün deyil”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Şuşaya köçən daha 16 ailəyə açarları təqdim edilib - Fotolar

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay