Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dini konfessiya rəhbərlərindən Laçın yolu ilə bağlı açıqlama

Azərbaycandakı dini konfessiya rəhbərləri Ümumdünya Kilsələr Şurasını ermənilərin təxribatçı təbliğatına uymamağa çağırıb.

Poliqon.info-nun xəbərinə görə, bu, Azərbaycandakı dini konfessiya rəhbərlərinin birgə bəyanatında əksini tapıb.

Bəyanatda deyilir: "Bir olan Yaradanın adı ilə!

Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Laçın-Xankəndi yolunda son günlərdə Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - "TIR şousu" ətrafında gedən qərəzli bəyanatlarla bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.

Hər şeydən əvvəl bildiririk ki, müzakirə olunan mövzu dini səciyyə daşımasa da, Qafqaz bölgəsində sülhün bərqərar olmasını arzu edən hər bir şəxs və bu yolda böyük səylər göstərən din xadimləri kimi bizim ümdə vəzifəmiz baş verənlərə haqq və ədalət meyarları ilə yanaşmaqdır. Həqiqət ondan ibarətdir ki, Ermənistan tərəfindən "humanitar yardım" adı ilə TIR yük maşınlarının Laçın nəzarət buraxılış postuna yönəldilməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir. Dəfələrlə Azərbaycanın dövlət orqanları Xankəndində yaşayan Qarabağ bölgəsinin yerli erməni sakinlərini müzakirəyə dəvət etmiş, lakin Ermənistan bununla razılaşmamış, Azərbaycanın humanist təkliflərinə rədd cavabı vermişdir. TIR-ların qəsdən Azərbaycanın Laçın sərhəd postu istiqamətində problem yaratması, hadisənin "etnik təmizləmə siyasəti" və "humanitar böhran" kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür.

Birmənalı şəkildə bildiririk ki, Ermənistanın "etnik təmizləmə siyasəti" barədə yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır. Beynəlxalq ictimaiyyət unutmamalıdır ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatını yaşamışdır. Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı işğal olunmuş ərazilərimizdə məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb talan edilmiş, Qafqaz Albaniyasına məxsus xristian kilsələri və Rus Pravoslav kilsələri qriqorianlaşdırılmış, məscidlərdə İslam dinində haram sayılan heyvanlar saxlanılaraq bütün İslam dünyasına həqarət olunmuşdur. Müharibənin bitməsinə baxmayaraq hələ də yüzlərlə vətəndaşımız mina partlayışlarında həyatını itirməkdə və əlil olmaqdadır ki, həmin minalar Ermənistan tərəfindən bilavasitə Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə daşınmışdır.

Poliqon.info 


Etiket: Bəyanat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ən çox oxunanalar