“Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir, əsassızdır”.
Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
“Gəncə şəhərində polis nəfərinin yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması nəticəsində ayağından yüngül xəsarət alıb”.
***
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Poliqon.info APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şərq küçəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal yarası tikilib.
Onun vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşıdır.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Poliqon.info