Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərslərin sentyabrda başlaması ilə bağlı daha bir açıqlama  

"Yalnız bu formada sentyabrda dərslərin başlaması mümkündür”...

Bunu təhsil eksperti Kamran Əsədov deyib. Onun fikrincə, pandemiya dünyada təhsil sistemlərinə də təsirsiz ötüşməyib:

"İlkin mərhələdə ölkələrin təhsil sistemi pandemiyaya adekvat reaksiya göstərə bilmədi və sadəcə proseslərin arxasınca getdi. İlk günlərdə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasının qısa bir müddət sürəcəyi və tezliklə davam etdirəcəyi barədə gözləntilər var idi. Lakin pandemiyanın kütləvi itkilərlə müşayiət edilməsi və hələ uzun müddət davam edəcəyi aydın olandan sonra tədbirlər görməyə başladılar. Bizdə də mart ayında tədris prosesi dayandı və bundan sonra Təhsil Nazirliyi çevik qərar qəbul edərək "Tele Dərs”, "Virtual Məktəb” layihəsini həyat keçirdi və şagirdlər üçün tədrisin normal axını davam etməyə başladı. Amma yeni tədris ilində yalnız bunlarla davam etmək olmaz”.

Kamran Əsədob bildirib ki, hər iki layihəyə orta məktəblərdə çalışan 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunub:

"Ona görə də yeni forma tətbiq edilməlidir. Düşünürəm ki, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi tərəfindən planşetlər verilməli və bütün şagirdlər üçün distant – online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Nəzərə alsaq ki, Dövlər İmtahan Mərkəzi 3 iyundan etibarən hər dəfə azı 20 min şəxsin iştirak etdiyi imtahanlar təşkil edir və şagirdlər bu prosesə qoşulur, deməli, dediyim formada sentyabrda dərslərin başlaması mümkündür”.( pravda.az)

pia.az


Etiket: Kamran Əsədov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

“Qarabağ”ın sabiq futbolçusu: "Dinamo"ya məğlubiyyətə üzülmək lazım deyil

Ən çox oxunanalar