Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dərin savaş – Avropanın bulanıq suları

ABŞ kiminlə münaqişə edərsə etsin, Türkiyəni həmişə yanında görmək istəyir

Ergün DİLƏR

Takvim qəzeti 31 yanvar 2019

Pentaqon boş dayanmır, amma sual olunur, Rotşildler ailəsi də sadəcə özünü müdafiə edirmi? Oyun qurub hücuma keçirmi? MKİ-nin dəstək verdiyi əməliyyatları dəf etmirmi?

Görək nə baş verir…

Bu günlərdə Rotşild ailəsi alman höküməti ilə çox önəmli bir müqavilə bağlayıb. Belə ki, 1875-ci ildə Baron Albert von Rotşildin Habsburqlar sülaləsinə dəstək vermək məqsədilə külli miqdarda pul ödəyərək aldığı ərazini bu yaxınlarda müqavilə ilə alman dərin dövlətinə hədiyyə edilib.

Rəsmi açıqlamada ərazinin 3 alman iş adamına verildiyi bildirilsə də işin özü başqadır. Mərkəzi Parkdan 20 dəfə böyük olan bu ərazi strateji baxımdan alman dərin dövləti üçün bu çox önəmlidir. Stiv Bennonun Avstriyadakı planlarını nəhayətə çatdıracaq həmlə isə düz vaxtında gəldi. Bu müqavilə ilə verilən ərazi Stiv Bennon cəbhəsində də böyük narahatlığa səbəb olub. 100 milyon dollar qiyməti olan, lakin strateji əhəmiyyətinə görə bir neçə milyard dollarlıq dəyəri olan bu ərazi MKİ-nin BND-dən qovulmasına səbəb ola bilər.

Ərazinin satışı dəqiqləşəndən dərhal sonra BND-nin 43 önəmli üzvü ilə əlaqələrin kəsməsi də Bennonu ərazinin satılması qədər çox əsəbləşdirib.

Təsis edildiyi gündən etibarən MKİ tərəfindən idarə edilən Almaniyada daxili kəşfiyyat aparan Konstitusiyanın Müdafiəsi üzrə Federal İdarə artıq Amerika əleyhinə yer almağa başlayıb. Bu vəziyyət qısa bir müddət əvvəl yaranıb. 2018-in noyabrında İdarənin rəhbəri kimi Amerika əleyhinə olan Tomas Haldenvanq, rəhbər köməkçisi kimi isə yenə Amerikaya qarşı olması ilə bilinən Ernest Stel və türk əsilli Sinan Selen seçilib.

Rotşild ailəsinin bu tələblərinin yerinə yetirilməsi ilə birlikdə Avstriyadakı ərazi də alman dərin dövlətinə təhvil verilib. Təkcə son 3 ayda Almaniyada Vaşinqton əleyhinə edilən əməliyyatlar səbəbilə MKİ mərkəzi Lenqlidə ard-arda toplantılar keçirib. MKİ direktoru Cina Haspel və Stiv Bennon arasında baş tutan görüşlərdə də Almaniya müzakirə edilib.

Sinan Selen

Stiv Bennon Sinan Selen barəsində xeyli narahatdır. Çünki Selenin vəzifəyə gətirilməsi ilə birlikdə Almaniya ilə Türkiyə arasındakı münasibətlərdə müsbətə doğru bir canlanma olacağı düşünülür. Stiv Bennonun şəxsi düşüncələri də bu barədə qarışıqdır. O, belə yaxın münasibətlərin yaranmasına tərəfdar deyil. Bunun üçün də planları var, təbii ki. Yəni Bennon böyük ehtimalla, Sinan Selenin verdiyi qərarların qisası alınacaq.

Sinan Selen Almaniya-Türkiyə münasibətlərinin çox önəmli olduğunu, birlikdə atılacaq addımların hər iki tərəfi də gücləndirəcəyini bildirib. Selen, həmçinin Almaniyanı Avropanın ən güclü ölkəsi edəcəyini deyənlərdən biridir. Sinan Selen Dəniz Yücelin Türkiyədə azadlığa buraxılması üçün də xeyli səy göstərmişdi. Təbii ki, arxa planda olduğu üçün bununla bağlı kifayət qədər məlumat verilməyib…

Bennon yaxşı bilir ki, Türkiyə-Fransa, Türkiyə-Rusiya və Türkiyə-Almaniya arasındakı yaxın münasibətlər qurduğu bütün planları puç edəcək.

2018-in oktyabrında İstanbulda Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Angela Merkel və Emmanuel Makron arasında olan görüş 2019-da Fransada “Sarı Jiletlilər”in küçələrə axışması planını tezləşdirmişdi. Bu zirvə görüşündən 2 həftə sonra Fransanı qarışdıran “Sarı Jiletlilər” aksiyası Pentaqondan bir mesajı idi.

Bunun ardınca isə Tramp “Suriyadan geri çəkilirik” açıqlamasını vermişdi. Bu tam olaraq Pentaqonun tələbi olmasa da, Fransa-Türkiyə münasibətlərini bitirə biləcək bir həmlə olduğu üçün dinməzcə kənardan izlənilməsinə qərar verib. Belə də oldu. Makronun YPG-ni qoruyacağını bildirməsi ilə Türkiyə-Fransa münasibətləri zirvə görüşündən öncəsini xatırlatdır.

İndi isə Almaniya ilə Türkiyə arasında keçən il olduğu kimi yenidən gərginlik yaranması üçün önəmli addımlar atılır. Bu məsələ ilə bağlı hazırlıqlara başlandığı haqda mətbuata məlumat sızdırılıb. Əslində, bu, elə də böyük bir sir deyildi…

Pentaqon Türkiyə ilə Almaniya münasibətlərini yenidən əvvəlki gərginliyə geri qaytarmaq üçün hədəf aldığı şəxslər üzərində işləyir. Kim zərər görsə, türk-alman yaxınlaşmasının ortadan qalxacağı planlanır.

Türkiyəni pis vəziyyətdə qoymaq, Almaniyanı sarsmaq və hətta, Fransanı da bu oyunun içinə salmaq hədəflənir. Görəsən, bunu bacara bilərlər? Belə bir şey mümkündür?

Zamanla görəcəyik…

Pentaqon və MKİ türk-alman-fransız münasibətlərini şəxslər üzərindən pozmağı düşünərkən Rusiya ilə də problem yaratmağı nəzərdə saxlayır…

Rusiya-Türkiyə münasibətlərinin pozulması üçün isə Suriya çox önəmlidir. Çünki Rusiya “Türk axını” layihəsi ilə Türkiyə ilə olan münasibətlərində gərginlik istəmir. Lakin Rusiya həm də Suriyadakı gücünü Türkiyəyə də buraxmaq istəmir. Bu səbəblə Pentaqon Türkiyə ilə olan müəyyən güclü münasibətləri korlamaq üçün 2019-cu ildə önəmli adımlar atacaq. Plan budur!

Həmçinin Almaniya , Fransa və Rusiya da Türkiyə ilə bir gərginlik yaşana biləcəyini gözardı etmir. Çünki hər 3 ölkənin də kəşfiyyat qurumları yaxşı bilir ki, Amerika dərin dövləti bu məsələdə həssasdır və lazım gəldikdə güclü təxribatlar törədə bilər. ABŞ kiminlə münaqişə edərsə etsin, Türkiyəni həmişə yanında görmək istəyir. Ancaq bunu da ortalıqda göstərmək istəmir. Çünki məqsəd ədalətli olmaq deyil, sadəcə “mənim dediyimi qəbul edin” tərzində işləmək istəyir.

Beləliklə də, ABŞ tək qalmağa başlayır.

Bütün bunlar 2019-da baş verəcək təlatümlərin önünə keçə bilməyəcək… Sərt küləklər əsəcək…

Tərcümə: Fatima ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Şoyqu İrana Putinin hansı mesajını çatdırıb?

Nobel mükafatçısı Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik etməyə başlayıb - Yenilənib    

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alim Fazil Qasımovun məhkəməsinin vaxtı məlum olub

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay