Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatlar parlamentdə TƏBİB-i tənqid etdilər

Tovuzda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində zərər dəymiş 36 evin bərpa və təmiri ilə bağlı Fövqəladə Hallar Nazirliyi və digər qurumlar iş aparır. Bu qurumlara təşəkkür edirəm”.

Bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında millət vəkili Arzu Nağıyev bildirib.

A.Nağıyev Tovuz, Gədəbəy kimi sərhədyanı zonalarda kommunal xərclərin yarıbayarı azaldılmasının vacib olduğunu bildirib: “Bu məsələyə parlamentdə də baxılması yaxşı olardı. Bu bölgələrdən miqrasiya prosesinin tənzimlənməsi üçün belə addımın atılması yaxşı olar”.

Millət vəkili diz implantı məsələsinin də aktual olduğunu söyləyib:

“TƏBİB yaranana qədər hər il 600-ə qədər insan pulsuz belə əməliyyatla təmin edilirdi. TƏBİB yaranandan sonra bil əməliyyat belə aparılmayıb. Bununla bağlı da TƏBİB rəhbərliyi dəvət olunmaqla, müzakirələr keçirilməsi vacibdir”.

Komitə sədri Musa Quliyev isə Milli Məclisin Səhiyyə və Əmək və sosial siyasət komitəsinin, Səhiyyə Nazirliyinin və müvafiq qurumların iştirakı ilə dinləmələr keçirilə biləcəyini söyləyib.

“Bir çox problem icbari sığorta sistemi çərçivəsində həll olunacaqdı. Bura ürək əməliyyatlarının pulsuz həyata keçirilməsi və bu gün burada qaldırılan digər məsələlər daxildir”.

Bunu isə millət vəkili Soltan Məmmədov bildirib.

S.Məmmədov deyib ki, icbari sığorta ilə bağlı pilot layihələr həyata keçirilirdi, icbari tibbi sığortanın mərhələli tətbiqi nəzərdə tutulmuşdu: “Sadəcə, pandemiya dövrü bir sıra problemlərin yaranmasına səbəb olub:

“Bununla bağlı dinləmələr də təşkil edilə bilər. İcbari Tibbi Sığorta Agentliyi uğurla fəaliyyət göstərir, TƏBİB də bu qurumun tərkibinə daxildir”. (Modern.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır

Ən çox oxunanalar