Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Məktəbli çantaları çox ağırdır, şagirdlərin skalioz xəstəliyinə səbəb olur”

Valideynlər bizə müraciət edərək müalicə üçün kömək istəyirlər...

“Bu gün ibtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb və bu da çətin müalicə edilir”.

Bunu Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsinin noyabrın 4-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, azyaşlılar arasında bu xəstəliyin yaranmasının başlıca səbəblərindən biri də məktəbli çantalarının çox ağır olmasıdır: “Bir sıra qabaqcıl dövlətlərdə ibtidai siniflər üçün hazırlanan kitablar iki nüsxəli olur. Bu da istər-istəməz uşağın qaldıracağı yükü azaltmış olur. Bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılsa da, sırf bu xəstəliyin müalicəsi üçün reabilitasiya mərkəzləri yoxdur.

Valideynlər bizə müraciət edərək müalicə üçün kömək istəyirlər. Başqa problemlərdən biri də regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı həkimlərin olmamasıdır. Ona görə də vətəndaşlarımız Bakıya gəlməyə məcbur olurlar. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”.

Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, qaldırılan məsələ aktualdır: “Bununla bağlı təkliflər hazırlayıb bizə təqdim edin”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

İranın Baş Qərargahı "Fars" agentliyinin Rəisinin helikopterinin qəzası ilə bağlı şərhini təkzib edib

Diqqət: Metronun "28 May" stansiyasının qarşısında ilanlar peyda olub

"Araz-Naxçıvan" Çempionlar Liqasında mübarizəyə qələbə ilə başlayıb

Bakıdan Antalyaya təyyarə reysi yenidən təxirə salındı

Türkiyə sahillərində Olimpiya həyəcanı - Fotolar

Ən çox oxunanalar