Bazar, 28 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Demokrat Paşinyanın təkhakimiyyətlilik planı - Ermənistan konstitutsiya dəyişikliyinə gedir...

Ermənistanın yeni konstitutsiyasından Türkiyəyə və Azərbaycana qarşı ərazi iddalarının cıxarılması ehtimalı varmı?..

Politoloq: “Nikol Paşinyan ona görə konstitusiya dəyişikliyinə gedir ki, bu dəfə prezident seçilsin və daha uzun müddət hakimiyyətdə qalsın”.

“İndiki konstitusiya Serj Sərkisyanın özü üçün nəzərdə tutduğu konstitusiya islahatı idi. Amma Sərkisyan bu konstitusiyanın faydasını görmədi”.

Bu sözləri politoloq Nəzakət Məmmədova Ermənistan baş naziri Nikol Paşinyanın konstitusiya dəyişikliyinə getməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb. Şuraya ədliyyə naziri sədrlik edəcək.

Üzvlər isə razılığa əsasən Ermənistanın Avropa İnsan Hüquqları Məhkəməsindəki nümayəndəsi, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri, ombudsman, parlmentdəki fraksiyaların hər birindən bir deputat, Ali Məhkəmə-Hüquq Şurasından bir nümayəndə, parlamentə daxil olmayan partiyalardan üç nümayəndə və ölkədə qeydiyyatdan keçmiş ictimai təşkilatlardan daha 3 nümayəndə olacaq.

Bundan başqa, ədliyyə nazirinin təklifi ilə şuranın tərkibinə beş ildir ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların iki nümayəndəsi (məsləhətçi səs hüququ ilə) daxil edilə bilər.

Şura müsabiqə əsasında beş nəfərdən (hüquq elmləri doktoru və ya namizədi, yaxud hüquq elmləri namizədi, yaxud xarici dövlətin hüquq elmləri üzrə magistr dərəcəsi olan, ən azı 7 il iş təcrübəsi olan hüquqşünaslardan) ibarət konstitusiya islahatları üzrə peşəkar komissiya təşkil edəcək.

Ermənistanın Ədliyyə naziri bir ay müddətində Konstitusiya İslahatı Şurasının yaradılması ilə bağlı qərar layihəsini hazırlayıb Baş nazirin aparatına təqdim etməli, onun tərkibini və fəaliyyət qaydasını təsdiq etməlidir.

Nikol Paşinyanın ölkənin əsas qanununu dəyişdirməkdə əsas məqsədi nədir və onun bu məqsədlərinə çatması gözləniləndir? Yeni konstitutsiyadan Türkiyəyə və Azərbaycana qarşı ərazi iddaları açılmaq ehtimalı varmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəzakət Məmmədova ilə müzakirə edib.

Nəzakət Məmmədova: “Prezident üsul-idarəsini bərpa etdikdən sonra hakimiyyət qolları arasında bu tip boşluqlar olmayacaq və Paşinyan daha qəti addımlar ata biləcək”.

Paşinyanın bu islahatları çoxdan etmək istədiyini və son seçkidə də hakim partiyanın bunu seçicilərə vəd etdiyini xatırladan politoloq PİA.az-a açqılamasında qeyd edib ki, Azərbaycanla olan müharibə, pandemiya buna mane oldu:

“Bildiyimiz kimi Ermənistanda son konstitusiya islahatları keçmiş prezident Serj Serj Sərkisyanın dövründə 2015-ci ilin dekabr ayında olub. Paşinyan hakimiyyətə gələndən sonra isə konstitusiyaya dəyişikliklər barədə komissiya yaradıldı. Lakin dekabrın 17-də həmin kommisiyanı ləğv edildi və konstitutsiya dəyişikliyi üçün daha geniş tərkibdə Şura yaradıldı.

Nikol Paşinyan ona görə konstitusiya dəyişikliyinə gedir ki, bu dəfə prezident seçilsin və daha uzun müddət hakimiyyətdə qalsın. Əslində indiki konstitusiya Serj Sərkisyanın özü üçün nəzərdə tutduğu konstitusiya islahatı idi. Amma Sərkisyan bu konstitusiyanın faydasını görmədi. Bu konstitusiya ilə Paşinyan iki dəfə baş nazir seçilə bildi. İndi isə Paşinyan prezident üsul idarəsini bərpa etmək istəyir ki, hakimiyyət boşluğunu ortadan qaldırsın. Hər halda o, bu barədə son növbədənkənar geçkilərdə öz seçicilərinə vəd verib.

Paşinyan hesab edir ki, indiki konstitutsiya ona mane olur. Yəni məhkəmə sisteminin geniş səlahiyyətləri ona mane olur. Paşinyan daha əvvəlki Ermənistan liderləri kimi bütün hakimiyyəti öz əlində toplamaq istəyir. Məsələn, konstitusiya məhkəməsini baş nazirin buraxmaq səlahiyyəti yoxdur.

Nəzakət Məmmədova: “Bu konstitusiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının olması inandırıcı deyil”.

Onu da qeyd edim ki, indiki konstitusiya məhkəməsi Sərkisyan dövründə təyin olunmuş hakimlər tərəfindən idarə olunurdu. Buna görə də onlar Paşinyana müqavimət göstərirlər. Paşinyan istəyir ki, konstitusiyaya islahatı ilə daha çox məhkəmə və hüquq sahəsində islahat aparsın. Ən əsası isə Paşinyan hakimiyyət qolları arasındakı səlahiyyət boşluqlarını ortadan qaldırmaq istəyir. Məsələn Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Paşinyana qarşı çıxış edərkən, Ermənistan prezidenti onu vəzifədən azad etməkdən imtina etdi. Bu da Ermənistanda ciddi siyasi böhrana yol açdı. Prezident üsul-idarəsini bərpa etdikdən sonra isə hakimiyyət qolları arasında bu tip boşluqlar olmayacaq və Paşinyan daha qəti addımlar ata biləcək.

Əslində Paşinyan bu islahatları çoxdan etmək istəyirdi. Amma Azərbaycanla olan müharibə, pandemiya buna mane oldu. Onu da qeyd edim ki, Paşinyan konsititutsiya dəyişikliyi ilə bağlı hakimiyyətə gəldikdən sonra da, son seçkilərdə də xalqa söz vermişdi. Düşünürəm ki, Paşinyan xalqına söz verdiyi konstitutsiya islahatına gedəcək. Ancaq bu konstitutsiyada Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiasının olması inandırıcı deyil”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Şahin İsmayılov Beyləqandan niyə qovulmuşdu? – İlginc iddiaalar

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

“Arash Medical Company”ni Anar Bayramov üçün özəl edən səbəb...

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

Bakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin Paris-2024-də pozulmasına dair bəyanat yayıb

Ən çox oxunanalar