Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı

Azərbaycanın CəbrayılFüzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanat verib.

İcmadan verilən məlumata görə, 1993-cü ilin 23 avqust tarixində CəbrayılFüzuli rayonları təcavüzkar Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Bəyanatda qeyd edilir ki, Cəbrayıl rayonunun işğal edilmiş 1050 kv.km ərazisindən 60 minə yaxın əhali etnik təmizlənməyə məruz qalıb, rayon mərkəzi və 90 kənd erməni vandalizmi nəticəsində məhv edilib. Həmçinin, 400 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb və 177 nəfər əlil olub. Füzuli rayonunun mərkəzi və 50 kəndinin Ermənistan ordusu tərəfindən işğalı nəticəsində 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb və 400 nəfərədək rayon sakini əlil olub: "Təcavüzkar Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpağımız olan Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu da işğal etməsi, onun əsl məqsədinin güc yolu ilə ərazilərimizi ilhaq etmək olduğunu göstərir. Həmin ərazilərə kənardan etnik ermənilərin qanunsuz köçürülməsi siyasəti də bunu təsdiq edir. Bir daha bəyan edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həlli yalnız təcavüzkar Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş ərazilərimizdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış soydaşlarımızın öz doğma torpaqlarına qayıdışından sonra mümkündür".

pia.az 


Etiket: Bəyanat


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ən çox oxunanalar