Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daban çatlarını müalicə etmək üçün - Türkəçarələr

Daban çatları demək olar ki, hər insanda rast gəlinə bilən problemdir. Xüsusilə də qadınlar üçün olduqca cansıxıcı haldır. Bu problemin öhdəsindən gəlmək isə elə də çətin deyil.

Çox pul xərcləmədən evinizdə olan ərzaqlardan istifadə edərək dabanınızda yaranan çatları özünüz də müalicə edə bilərsiniz.

Gül suyu

PİA.az bildirir ki, gül suyu daban çatlarını aradan qaldırar, eyni zamanda ayaqlarınızın təravətli qoxmasını təmin edər. İstədiyiniz miqdarda gül suyu və nəmləndirici kremi bir qabda qarışdırın. Çatların olduğu bölgəyə çoxlu sürtün ki, nəmlənsin. Bu qarışımı gecə yatmazdan əvvəl çəkin və pambıq corab geyinin. Səhərisi dabanlarınız yumşaq olacaq.

Kakao və badam yağı

İstədiyiniz qədər kakao yağını və badam yağını qarışdırın. Problemli bölgəyə sürtərək yarım saat saxlayın. Çatlar gedənə qədər bu üsulu təkrarlayın.

Alma sirkəsi

Alma sirkəsi dəri səthindəki ölü hüceyrələri təmizləməklə yanaşı, dəridə olan bakteriyaların da yox olmasını təmin edir. Hər gün bir vedrə suyun içərisinə bir stəkan alma sirkəsi tökün və ayaqlarınızı bu qarışımın içərisində ən az 20 dəqiqə saxlayın.

Zeytun yağı

Dəriyə çox faydalı olan zeytun yağı daban çatlarına çox yaxşı təsir edir. Hər gün müəyyən fasilələrlə çatlar olan hissəyə zeytun yağı çəkin. Ancaq zeytun yağını sürtdükdən sonra problemli bölgəni şəffaf falqa ilə sarıyın. Bu əməliyyatı dabanınızdakı çatlar keçənə qədər tətbiq edə bilərsiniz. (medicina.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

Ən çox oxunanalar