Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

COVID-19-a yoluxanlar üçün Ramazan tövsiyələri

Türkiyənin Kocaeli Universiteti Xəstəxanasının baş həkimi, professor Nuh Zafer Cantürk Ramazan ayında oruc tutmaq istəyən koronavirusa yoluxan insanların şiddətli öskürək və nəfəs almaqda çətinlik çəkdikləri halda dinin asanlaşdırıcı hökmlərindən faydalana biləcəklərini qeyd edib.

PİA.az xəbər verir ki, professor sağlam fərdlərdə oruc tutmağın faydaları haqqında bir çox məlumatın olduğunu söyləyib.

Onun sözlərinə görə, pandemiyanın davam etdiyi müddətdə orucun digər vaxtlara bənzər şəkildə tutulmalı olduğu vacibdir: "Koronavirusa yoluxanları isə qruplaşdırmaq lazımdır. Hər kəsdə bu xəstəlik eyni səviyyədə deyil. Hər COVID-19-a yoluxana "oruc tutma" deyə bilmərik. Oruc tutma zamanı dinin güzəştə gedən müddəalarından istifadə etmək olar. Bu istiqamətdə yoluxan şəxsin həkiminin fikirlərini nəzərə almaq lazımdır. Əgər virusa yoluxan şəxslər sahur və iftarda maye qəbuluna diqqət etsələr və həddindən artıq çox yüklənmədən qidalanarlarsa, onlar üçün heç bir problem yaşanmaz. İnsanlar maye və qida istehlaklarını iftardan sahura qədər yaysalar, sağlam Ramazan keçirə biləcəklərini söyləyə bilərik".

Xroniki xəstəlikləri olanların oruc tutmadan əvvəl həkimlərinə müraciət etmələrinin lazım olduğunu vurğulayan N.Z.Cantürk bildirib ki, ürək xəstəliyi olan insanlar Ramazan ayında yüngül pəhriz ilə yağdakı xolesterol miqdarını azalda bilərlər: "Bu şəxslər qidalanma baxımından Ramazandan yaxşı istifadə edərlərsə, sağlamlıqlarına faydalı ola bilər, ancaq həkimlərinin tövsiyələrini mütləq almalıdırlar. Diabetli xəstələr oruc tuturlarsa, diabetin müddəti və şəkərli diabetin komplikasiyasının olub-olmaması nəzərə alınmalıdır. "Sahurda çox yeyirəmsə, gün ərzində daha asan oruc tutacağam", demək mümkün deyil. Nə qədər şirin, kalorili qidalar yeyirlərsə, bir o qədər çox çətinlik çəkə bilərlər".

Professor insanları Ramazan ayında balanslı bəslənməyə səsləyib və iftarla sahur arasında kifayət qədər maye qəbul edərkən gün ərzində çox problem olmayacağını qeyd edib:

"İftarda əvvəlcə bir stəkan su içməliyik, o zaman zeytun və ya xurma yeyilə bilər. Xurma liflə zəngin qida olduğundan qan şəkərini tədricən artıracaq, buna görə iftar zamanı sağlamlığımıza müsbət təsir göstərir. İftar zamanı qidanı yavaş-yavaş yeməyimiz lazımdır. Sürətli yeyəndə bədənə zərər verə bilərsiniz. Söhbət orucun faydalarından gedir, amma tövsiyələrə əməl etməsək, orucun xeyirindən daha çox zərəri ilə qarşılaşa bilərik. Ramazan ayında ət istehlakı artır, lakin tərəvəz və digər qidalar da həftənin müəyyən günlərində istifadə edilməlidir", - N.Z.Cantürk əlavə edib. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ən çox oxunanalar