Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çörək zavodundakı dəhşətin yeni təfərrüatı

Bir neçə gün əvvəl ölkə ictimaiyyəti çörək zavodunda fəhlə işləyən qadının faciəli şəkildə ölüm xəbərinə sarsıldı.

Dəhşətli hadisə yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus çörək zavodunda qeydə alınıb. “Nur” çörək zavodu kimi tanınan bu müəssisədə çalışan 50 yaşlı Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Oxu.Az-ın əməkdaşları hadisə baş vermiş zavodda olub və məsələni araşdırmağa cəhd edib, müəyyən təfərrüat öyrənib.

Məlum olub ki, mərhum Mətanət Həsənova çörək zavodunda yeni işçi imiş. O, 5-6 ay imiş ki, bu zavodda işə başlayıbmış.

M.Həsənovanın ölümünə səbəb olan digər xadimə (həmin xanımın adı açıqlanmır) ilə münasibətləri əla olub, onlar rəfiqə imiş. Hətta onlar o qədər yaxın olublar ki, həmişə növbətçilik saatlarında eyni vaxtda çalışmaq istəyirmişlər.

Faciəyə səbəb olan qadın hazırda sarsılmış vəziyyətdədir. Hazırda o, müstəntiq tərəfindən dindirilir.

Hadisə zamanı orada olan və faciəni gözləri ilə görən şəxslərə isə bir neçə gün işə gəlməmək icazəsi verilib. Buna səbəb onların sarsıntı yaşamasıdır.

Xatırladaq ki, faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar