Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Coğrafi “cənnət” mövqeyi ABŞ-ı Əfqanıstan və İraq kimi fiaskolardan sonra da ayaqda tuta biləcək - The Economist

Əlverişli coğrafi vəziyyəti Birləşmiş Ştatlara rəqibləri üzərində üstünlük yaradır, hətta fəlakət dədrəcəsində səhvlər etmək azadlığı belə bu üstünlüyü yox eləmir. Çünki digər iki fövqəldövlətərin- Çin və Rusiyanın öz zəiflikləri var…

Роберт Д. Каплан
The Economist, Böyük Britaniya

Budur onlar - 1898-ci il ispan-amarikan müharibəsinin solğun veteranları məndən 5 metr kənardan, Bruklinin Şərq Bulvarındakı anım paradında canlı-canl qarşımdan keçirlər. Bu mənim ən parlaq uşaqlıq xatirələrimdən biridir. Kubada başlayan ispan-amrikan müharibəsi və ardıycada uzun sürən qanlı Fillipin işğalı ABŞ-ın bir dünya dövləti olaraq ortaya çıxmasının xəbərçisi oldu. Və bu dünya dövləti hər şeyini coğrafi mövqeyi üzərindən qazandı…

Beynəlxalq münasibətlərin “realizmi”nin atası Hans Morgentau coğrafiyanı milli hakimiyyətin əsas komponenti adlandırırdı. Amerika gəmi nəqliyyatının sıx olduğu, bütün dənizlərə çıxışı olan və “Köhnə Dünya”dan okenlarla müdafiə olunan geniş və varlı bir qitədir. Texnologiya bizim dünyamızı hiss olunacaq qədər kiçiltsə də, bu coğrafi üstünlük hələ də əsaslı rol oynayır. Dünya ilə sıx əlaqədə olmasına və terrorizmin, pandemiyanın və zərəli kiber proqramların eyni dərəcədə təsirinə məruz qalmasına baxmayaraq, Amerika Çindən fərqli olaraq karbohidrogenlərlə zəngindir. ABŞ-ın cənub sərhədlərini hərbiçilər deyil, kasıb qaçqınlar təhdid etdiyinə halda, Çini cənubda Hindistan ordusu təhdid edir.

ABŞ hər nə qədər öz sərhədlərindən çox-çox uzaq müharibələrdə uğursuzluğa düçar olsa da, məhz coğrafi üstünlüyünə görə doğru olmayan hesaplamalara və səhvlərə görə məhv olmayacaq və yenidən dirçələcək. Digər ölkələr isə belə səhvlər buraxa bilməzlər və bu yanlış hesablamalar onlara daha ağır başa gələ bilər. Coğrafiya ABŞ-a elə bir hakimiyyət və müdafiə tanıyıb ki, bu ölkə bütün hallarda öz imperiya mövqeyini qoruyub saxlayacaq və dünyanın hər yerində özünün iqtisadi və hərbi vəzifələrini həyata keçirəcək.

Amerika Yaxın Şərqdə iflasa uğrayan quru əməliyyatlarından imtina edə bilər, lakin onun hərbi-dəniz donanması və hərbi hava qüvvələri planetin bir şox geniş ərazilərində patrul xidməti həyata keçirməkdə və Avropanın, həmçinin Asiyanın müxtəlif alyansları üçün müdafiə qalası olmaqda davam edəcək. ABŞ geri çəkilməsindən sonra Əfqanıstan aeroportundakı xaos adamı təbii ki, çaşdırır, lakin strateji planda obraz məzmunu üstələməkdədir. Yaddan çıxarmamalıyıq ki, 1975-ci ildə Vyetnamda Sayqonun itirilməsindən sonra ABŞ “soyuq müharibə”də qalib gəldi.

Hətta insan haqqlarının müdafiəçilərinin amerikan elitasının davranışı belə coğrafi əsaslara dayanır. Hər halda okeanın yaratdığı müdafiə səddi onlarda quru sərhədlərə sahib olan dövlətlərin real siyasətlərinə şübhələr yaradır. ABŞ-ın hələ də kənarda dayanmaq və öz coğrafi mövqeyinə uyğun mənəvi qərarlar qəbul etmək imkanları var.

Amerikanın coğrafi “cənnəti” hələ də ona özünün güçlü rəqibləri qarşısında üstanlük saxlayır. Hətta ABŞ daxilində həmrəylik olmasa belə, bu coğrafi üstünlük onun üçün hər zaman geniş imkanlar yaradır. Bunların içində iqtisadi bərabərlik olmasa belə, yeni texnologiyaların doğurduğu sosial birlik çağrışları da var. Coğrafiyanın fövqəldövlət olmaq uğrunda savaşan Çin və Rusiyanı müdafiə etmək imkanları yoxdur.

Qloballaşma daxili çəkişmələri alovlndırarkən, Amerika varlıları ümumdünya kosmopolit sinif formalaşdırmaqda və yoxsul Amerikalıları öz sərhədlərindəm kənara tullamaqdadır. Və iri qəzetlərdən fərqli olaraq sosial şəbəkələr radikal cinahları həvəsləndirməkdədir. Məhz bu daxili çağırışlar indi Amerikan hakimiyyətinə təhlükə törətməkdədir.

Bu problem tarixi kökləri ilə dərinləşir. 19-cu əsr Fransız siyasi filosofu Ernest Renan yazırdı ki: “Yaddaşsızlıq və tarixi yanlış anlamaq bir millətin formalaşmasında əsas faktor olur və bu zaman tarixi inkişaf qanunlarını araşdırmaq dövlət üçün təhlükəyə çevrilir. Faktikim olaraq keçmişin mifik zəfərini qəbuul etmək Amerikanın son iki dünya müharibəsində və “soyuq müharibə”də qələbəsini təmin edən əsas element oldu.

Lakin bu gün tarixi araşdırmalar Amerikanı utandıran bir çox faktları ortaya çıxardığı üçün qitənin ələ keçirilməsi ilə bağlı həqiqətlərlə bağlı amerikanları arxa planda vətənpərvərlik adına başqa əsaslar axtarmağa zorlayır. Bu baxımdan 1958-ci ildə Nyu-Yorkda lazımsız imperiya müharibəsinin solğun veteranlarını sey edən lliberal insanların əhatəsində mən bu gün özümü təsəvvür edə bilmirəm.

Ölkənin eyni genetik kökə sahib olmayan geniş coğrafiyası əslində milli tarixin yenidən təşkil olunmasıyla ortaya çıxan qütbləşməni yumşaldan faktora çevrilə bilər. 18-ci əsrdə Amerikanın əsasını qoyanlar boş yerə geniş qitədə az məskunlaşan 13 ştatda xüsusi sistemin əsasını qoymadılar. Qurucu atalar başa düşürdülər ki, paytaxt Vaşinqtonun uzaq və fərqli ştatları sıxışdırmasının qarşısını almaq üçün müəyyən elastikliyə imkan verən tarazlıq balansı yaradılmalıdır.

Bu coğrafiyanın əsas xüsusuiyyəti həmçinin sərhəd anlayışı olmayan geniş torpaqların əlçatan olmasıyddı. Bu geniş torpaqlar Amerikan xalqının nikbinliyinin mənbəyində dayanırdı. Bu nikbinlik həm də Amerikan xalqının elitaya və aristokratlara qıcığının mənbəyi idi. Sərhəd anlayışı isə geniş qitədə okeanlara dayanırdı və burda torpaq hamıya çatırdı, deyə 1893-cü ildə tarixçi Fredrik Cekson Terner yazırdı. Vətəndaşlar arasında təqribi bərabərlik məhsuldar və bol sulu Amerikanın relyefinə uyğun idi.

Bu gün amerikanların siyasətçilərdən orta sinifi dirçəltmək tələbinin mənbəyində də bu faktör dayanır. Sadə Amerikanlar başa düşürlər ki, bu siyasi və irqi qarşıdurmanın qaşısını alacaq yeganə faktör ortra sinifi hakim sinifə çevirməkdir. Əks təqdirdə ölkənin bir neçə əsas ştatında özünə yer edən plutokratiya bütün ölkədə hakim mövqeyə çıxacaq.

Yaddan çıxartmayaq ki, hakimiyyət nisbidir. Daxili sürtüşmələr ABŞ-da açıq şəkildə getdiyi halda Çin və Rusiyada qapalı aparılır. Bəlkə də ona görə ki, onların bəxti, coğrafi cəhətdən gətirməyib.

Çinin zaman-zaman sərhədlərində çətinliklər meydana çıxır və bu zaman Pekin etnik və dini azlıqları yüyəndə saxlamaq üçün zor tətbiq etməli olur. Rusiya heç də təhlükəsiz olmayan sərhədlərə malik olan torpaq imperiyasıdır və bu imperiya məhz öz sərhədlərindən gələn təhlükələri önləmək üçün ərazilərini davamlı olaraq genişləndirməyə çalışır. Tarix göstərir ki, rusların aqressiyası məhz bu təhlükənin yaratdığı psixoloji dərinləklərdən doğur.

Bundan başqa Çin və Rusiya bir liderin iradəsindən həddindən artıq asılı olur və onların əyilməz avtokratiyası qocaman qitənin geniş ərazilərində sosial və iqtisadi parçalanmalara səbəb olur. Biz əlbəttə ki, üç əsas böyük imperiyanın üzərində mülahizələr aparırıq, lakin onların hər birindəki zəif nöqtələrin üzə çıxması dünyada anarxiyanın böyüməsinə səbəb olur.

Adətən dünyada xaosu önləyən faktör böyük imperiyalardır. Lakin bütün məsələ ondadır ki, hansı imperiya digərlərindən daha tez zəifləyəsək. İmperiyalar arasında bütün rəqabət də bunun üzərində aparılır. Dəyişiklikləri idarə edən tərəf həm də böyük imperoyaların mübarizələrinin nəticəsini də müəyyənləşdirir. Hansı siyasi sistem dəyişikliklərə daha dayanaqlıdısa, o da qalib gəlir. Çətin idarə olunmasına və mövcud problemlərə baxmayaraq, Amerikan demokratiyası tarixən dəyişikliklərə başqa sistemlərdən daha tez adaptasiya olunduğunu sübut edir.

Geniş və varlı Amerika sözsüz ki, qapalı proteksionizmə əsaslanır. Ancaq bu ölkənin də özünün dünyadaki yerində təsadüfi hesab edən və qorxu effekti yaradan dünyaya, misal üçün Ukraynanı təhdid edən Rusiyaya qarşı, ya da Tayvan demokratiyasını təhdid edən Çin kimi ölkələrə qarşı müttəfiqlərə ehtiyacı var. Çünki coğrafi “cənnət” bütün problemlərin həlli demək deyil. Morgentaunun yazdığı kimi, müttəfiqin olması hər bir hakimiyyətin əsas komponentidir. Bütün bunlara baxmayaraq dünyada ən yaxşı coğrafi mövqeyi olan ölkə hələ də ümid yeri olmaqda davam edir.

Müəllif haqqında: Robert D. Kaplan amerikalı yazar, jurnalist və ekspertdir. Kaplan Filadelfiyada Xarici Siyasət Araşdırmaları İnstitutunun geopolitika kafedrasının rəhbəridir. O, geopolitika sahəsində 19 kitabın müəllifidir.

Tərcümə PİA.az-a aiddir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay