Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinarə Ömray - Bir səs oyatdı məni bu səhər...

(Nakam şair Eldar Baxışın bu il 75 yaşı tamam oldu. Qarşıdan 75 illik yubiley tədbiri gəlir...

AYB-nin üzvü, Prezident mükafatçısı, yazıçı Çinarə Ömrayın onun haqqında bir zamanlar qələmə aldığı təsirli yazını sizlərə təqdim edirik.)

Bir səs oyatdı məni bu səhər...

May səhərləri bir az fərqli açılır adətən. Pəncərədən gələn ilıq meh üzünü qıdıqlayar, quşların civiltisi, böcəklərin özünəməxsus vızıltısı qulağına bir nəğmə kimi süzülər.Hələ onlar ahəstə oxuduqca dənizin ləpələrinin də həzin səsini eşidərsən. Durub bir ciyərdolusu nəfəs alarsan və həyata yarıyuxulu gülümsəyərsən. Otlar fərqli olar may səhərləri. Quşların ayrıca səhər nəğmələri kimi...Və beləcə sanki nağıl dolu bir günə oyanarsan.

O səs nə dənizin, nə otların, nə də böcəklərin səsi idi. Bir səs idi, ahəstə-ahəstə yanğı ilə ağu deyrdi. Bu səsə yaxınlaşdıqca səs bir addım uzaqlaşırdı. Gah qadın səsinə oxşayırdı, gah quş səsinə. Bu nədi? Mən bəlkə heç oyanmamışam? Səsin əlindən tutub gedirəm. Mənə doğmadı bu səs. Bir övlad həsrətli ana yanğısı, bir yetim quş yazıqlığı, ata qollarına susayan bir körpə qoxusu, qardaşsızlıq və nəhayətində bir millət hayqırışı var bu səsdə. Səsin nə oxuduğun anlamıram, mənə ancaq ahəngi çatır. Bir az dayanıb nə dediyinə qulaq verirəm. Asta-asta deyir.

..xallandı gül – butasında,
nər qarnında – qartasında.
...bir şairi öldürdülər
bir ölkənin ortasında,
ölkə bilmədi- bilmədi.

Bu səs sevgidən yetim qalan bir sərçə balasının, bu səs Azadlıq sözünə oğul qurban vermiş Şeyda nənənin səsinə bənzəyirdi. Hayqırırdı - Bir quru sözə görə oğul alarlar anadan? Bu səsin iziylə ta gedib çıxdım Eldar əminin məzarına...22 may 1996-cı il. Ölüm günü...Sadəcə susuram. Bu müləyim insanın daşlaşmış rəsmi qarşısında susub otururam. Xatirələr baş qaldırır. Keçmiş hayıma gəlir. Şeyda nənəni xatrlayıram. 2004-cü il 22 mayı...Hər il oduğu kimi Eldar əmi üçün ehsan verirdi. Nənəmlə mən getmişdik. Heç vaxt xatirəmi rahat buraxmayıb o gün.
Şeyda nənə tək qalırdı. Biz gedəndə otağın qapısını da, pəncərəsini də açıq oymuşdu.

Dedi:

- Heç inana bilmirəm ki, Eldar ölüb. Qapının dalını gecə də kilidləmirəm. Deyirəm birdən Eldar insafa gəlib qayıdar. Qapını bağlı görüb getməsin. Bu sözdə elə böyük bir ümid var idi ki, mən belə inanmışdım gedənlərin bir gün qayıtmasına. Şeyda nənə mənlə xeyli söhbət etmişdi o gün.

Deyirdi:

- Qızım, lap əvvəldən mənim hər bir günüm qayğıyla dolu olub. Mənə ilk acını həyat yoldaşım Ağayev Baxış yaşatmışdı. O xəstə idi. Həm ona baxır, həm də uşaqları dolandırırdım. O rəhmətə gedəndə Eldarın 9 yaşı var idi. Qızım Ceyran isə hələ uşaq idi. Baxış öləndən sonra bütün ümidimi Ceyranla Eldara bağladım. Əsasən də Eldara. Dedim böyüyər, mənim bütün əziyyətlərimi qiymətləndirər. Mən onlara həm ata oldum, həm ana. Evdə qadın işi görürdüm, çöldə kişi. Evimin damının, şiferini də özüm vururdum. Oxutdum onları. Təmiz adla böyütdüm, sənət verdim hər ikisinə. Dedim artıq böyüyüblər, rahat nəfəs ala bilərəm. Lakin Allah məni dərdsiz qoymadı. Mənə ikinci zərbəni də vurdu. Bu Vətən zərbəsi idi. Biz qaçqın düşdük. Onda artıq Eldar insitutun tarix fakultəsini bitirib, Bakıda işləyirdi. Artıq ailə də qurmuşdu. Gəlib yığışdıq onun yanına. Qızım Ceyran da insitutu qurtarmışdı. O da öz həyatını qurdu. Artıq dedim övladlarım xöşbəxtdirlər. Hərəsinin əlində sənədləri, öz evləri-eşikləri. İndi rahat ola bilərəm. Ancaq Allah yenə də məni dərdsiz qoymadı. Bu dəfə mənə zərbə vurmadı, məni kökümdən vurub məhv elədi. Eldarımı əlimdən aldı. Eldar həsrətiylə yaşatdı məni. Bu mənim həyatımda ən böyük faciə idi. Çox ağır idi oğul dərdiylə yaşamaq. Bütün günüm ağlamaqla keçir. Çox çətindir Eldarsız yaşamaq. Eldarın oğlu Yelmar da yazır. Qorxuram bala. Mən bu yazmağdan elə qorxuram ki...Eldar azadlıqdan yazırdı, vətənsizlikdən yazırdı. Yelmar atasızlıqdan yazır. Eldar atasın itirəndə uşaq idi, birinci sinfə gedirdi. Yelmar da atasını itirəndə uşaq idi, birincidə oxuyurdu. Yelmarla Eldarın çox oxşarlığı var. Yelmardan qorxuram bala, Yelmardan...

“Yelmardan qorxuram bala , Yelmardan!”
Bu titrək səs səhərki ağu səsinə bənzədi. Və xatirələrdən ayıltdı məni. Qarşımda daşlaşmış Eldar heykəli dayanıb...Hə, bir də Şeyda nənə demişdi ki, “Eldar öləcəyini bilirdi bizə vəsiyyət etdi ki, başdaşıma nə adımı, nə soyadımı yazmayın. Bir tək AZADLIQ yazın. Bir də gedin Xırdalan qəbiristanlığına, lap axırıncı təpənin başında mənə yer ayırın. Ora Qubadlının xırda təpələrinə oxşayır. Bir də vəsiyyət elədi ki, mənim ruhum heç vaxt qəbirə girməyəcək, Qubadlı alınanda Bakıda qoymayın məni, aparın kədimizə!”

Eldar əminin məzarının ayaq tərəfində oturmuşam və baxıram... Bu sevgi dolu, azadlıq və nifrət dolu baxışlarıyla cansız şəkildən də nə isə demək istəyirdi. O həmişə nə isə demək istəyirdi. Amma qoymadılar, imkan vermədilər. Necə ki, vaxtilə Cavidə, Müşviqə imkan verməmişdilər...

Qəbir daşındakı AZADLIQ sözü...Bu söz uğrunda yaşayan və ölən insan. Mən indi anladım ki, bu söz dərk etmədiyimiz elə bir qüvvəyə malikdir ki, bir insan ömürnü bu sözə qurban verdi. Ölümü ilə ölümsüzlük qazandı.
Şeyda nənənin bir sözü də qulağımdan getmir. Dedi ki, “Eldarın dostları içində ən sədaqətlisi Azad Qaradərəli ilə Aqil Abbas oldu! Anar bir dəfə qızıma dedi ki, Eldarın bizdən fərqi odur ki, o fəhləylə də, sağıcıyla da, ziyalıyla da, deputatla da dostdur, amma biz bu cür deyilik.”

Bu gün - 2015-ci il 22 may. Nə Şeyda nənə var, nə Eldar əmi. Allah sənə rəhmət etsin daşlaşmış şairim. Vaxt gələcək narahat ruhuna Azadlıq müjəsini gətirəcəm.

...tək dedilər, təklədilər,
qanına yeriklədilər.
Sonra da dərdini alıb
dağa-daşa yüklədilər,
çəkə bilmədi, bilmədi...

...əsim-əsimcə əsdilər,
öldürməyə tələsdilər.
...Günün günorta çağında
ağacı elə kəsdilər
kölgə bilmədi-bilmədi...

..xallandı gül – butasında,
nər qarnında – qartasında.
...bir şairi öldürdülər
bir ölkənin ortasında,
ölkə bilmədi- bilmədi.

Həmin səs hələ də o boşluqdan zümzümə edirdi bu sözləri. Bu AZADLIQ sözünün qurbanı olan şairin narahat ruhu idimi, övlad həsrətindən əriyib-əriyib yox olan ananın harayıdırmı, yoxsa bir sərçə balasının nakam qalmış saf sevgisinin ahuzarıdıymı. Yoxsa...
Bir onu bilirəm ki, boşluqdan gələn bu səs heç dinməyəcək. Həm də heç! Duyun bu səsi, ey insanlar! O həqiqətin səsidir! Sizi həqiqətə o səs aparacaq! Sizi Azadlığa o səs aparacaq!

Çinarə Ömray

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Beynəlxalq səyyahlar Füzulidə minaların zərərsizləşdirilməsi prossesini izləyib - Yenilənib

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Qurban Yetirmişlidən zəlzələ iddialarına sərt reaksiya : “Mən fala baxmıram”

“Baykar” münaqişə bitdikdən sonra Ukraynada tam şəkildə fəaliyyətə başlayacaq

Ən çox oxunanalar