Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin Böyük Britaniya ərazisində qanunsuz polis məntəqələrini bağlayıb - Nazir

Pekin Çindən kənarda hər hansı qeyri-rəsmi polis məntəqəsinin fəaliyyət göstərdiyini inkar edir...

Böyük Britaniyanın təhlükəsizlik naziri Tom Tugendat bildirib ki, Çin öz vətəndaşlarına məsləhət və yardım göstərən könüllü məntəqələri adı altında krallıq ərazisində qeyri-qanuni fəaliyyət göstərən bütün qanunsuz polis məntəqələrini bağlayıb.

Poliqon xəbər verir ki, bu barədə The Guardian qəzeti Böyük Britaniya nazirinin yazılı bəyanatında istinadən məlumat verib.

Tugendat parlamentə “Safeguard Defenders” insan haqları təşkilatının London da daxil olmaqla ölkənin üç yerində qeyri-qanuni polis məntəqələrinin fəaliyyət göstərdiyi, onların çinliləri və əcnəbiləri izlədiyi, təzyiq etdiyi iddiaları ilə bağlı polis araşdırmasının nəticələri barədə məlumat verib.

“Təsdiq edə bilərəm ki, hüquq-mühafizə orqanları bu günə qədər bu yerlərdə Çin dövləti adından qanunsuz fəaliyyətə dair heç bir sübut tapmayıb”, deyə nazir bildirib.

O, əlavə edib ki, bu yerlərdə həyata keçirilə biləcək qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasında polis və ictimaiyyət nəzarəti əsas rol oynayıb.

Tugendat həmçinin qeyd edib ki, Britaniya hökuməti dünyada 100-ə yaxın belə qeyri-qanuni Çin “polis məntəqəsi”ndən xəbərdardır və Britaniya Xarici İşlər Nazirliyi Çin səfirliyindən bu cür fəaliyyətləri dayandırmaq üçün tədbir görməyi tələb edib. Çin səfirliyi cavab verib ki, bütün belə məntəqələr bağlanıb, Britaniya polisi isə onların fəaliyyətini dayandırdığını təsdiqləyib.

Pekin Çindən kənarda hər hansı qeyri-rəsmi polis məntəqəsinin fəaliyyət göstərdiyini inkar edir və Londondakı səfirliyi vasitəsilə Çin hökumətinin Böyük Britaniyada qondarma “polis məntəqələri”nin fəaliyyətində iştirakı ilə bağlı iddiaların “tam siyasi yalan” olduğunu bildirib.

Çin hökuməti daha əvvəl bildirib ki, ÇXR-dən kənarda Çin polisi deyil, yerli könüllülər tərəfindən idarə olunan mərkəzlər ölkə vətəndaşlarına sənədlərini yeniləməkdə və digər xidmətlər təklif etməkdə kömək edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Gəncə şəhər stadionunun yenidən qurulması niyə məhz “İnşaatçı 3” MMC-yə verildi

Bakıda yataqxanada baş verən yanğın zamanı 5 nəfər təxliyə olunub - Yenilənib

Makron Durovun saxlanılmasına münasibət bildirdi

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Ən çox oxunanalar