Cümə, 19 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının yeni səfirini qəbul etdi

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri qəbul edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər iki ölkə arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov iki dost dövlət arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.

Ötən il Səudiyyə Ərəbistanına rəsmi səfərini xatırlayan nazir, bu ölkənin xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Al Səud ilə keçirilmiş görüşə, habelə beynəlxalq tədbirlər çərçivəsində həmkarı ilə olan təmaslarına məmnunluqla istinad edib.

Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı hökuməti arasında Müştərək Komissiyanın bu yaxınlarda Ər-Riyad şəhərində keçirilmiş iclasının münasibətlərin genişlənməsinə töhfə verdiyi qeyd edilib. 

Nazir Səudiyyə Ərəbistanı xarici işlər nazirini Azərbaycanda görməkdən məmnun olacağını bildirib.

Səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr iki ölkə arasında əlaqələrin inkişafından və son zamanlar həyata keçirilən ikitərəfli görüşlərdən bəhs edib. O, qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsir etdiyini vurğulayıb.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Özündən 11 yaş böyük, boşanmış sevgilisi ilə birlikdə intihar edən Yasinin məktubu tapıldı - Video, Yenilənib

Qorxmaz Hüseynovun icra başçısı olan qudası vəzifəsindən azad edilir

Rusiya Türkiyədən uzaqlaşır... - Putini Ankaradan uzaqlaşdıran səbəb nədir?...

İlham Əliyev Oksfordda Almaniya kansleri ilə görüşüb - Yenilənib

Kür çayında meyiti tapılan şəxs itkin olaraq axtarışda olub - Yenilənib

Maştağada Birinci Qarabağ müharibəsinin şəhidi Aydın Qurbanov dəfn edilib

Çempionlar Liqası: "Qarabağ" - "Linkoln" matçının biletləri sabahdan satışa çıxarılacaq

Ramin Əhmədov da seçkiyə qatılır - İş adamı Nizami rayonundan namizədliyini irəli sürəcək

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib - Yenilənib

Ən çox oxunanalar