Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov avstriyalı həmkarını post-münaqişə dövründə regiondakı vəziyyət barədə məlumatlandırıb - Yenilənib

6 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avstriya Respublikasına işgüzar səfəri çərçivəsində Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşüb.

Poliqon.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regionda və dünyada baş verən hadisələr müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan və Avstriya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edib.

Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və təmasların, siyasi məsləhətləşmələr formatının, o cümlədən parlament diplomatiyasının mühüm rolu vurğulanıb. İki ölkə arasında iqtisadi, o cümlədən investisiyalar sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə mövcud potensialdan istifadənin vacibliyini qeyd edib. İki ölkə arasında çoxtərəfli münasibətlərin, xüsusilə ATƏTAvropa İttifaqı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov, post-münaqişə dövründə regionda mövcud vəziyyət, AzərbaycanErmənistan arasında münasibətlərin normallaşması, sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, mövcud çağırışlar və çətinliklər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Bu xüsusda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsinin, hərbi-siyasi təxribatları və mina təhdidini davam etdirməsinin sülh səylərinə xələl gətirdiyi bildirilib.

Nazir Aleksandr Şallenberq Avstriyanın Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyət verdiyini qeyd edərək, bu xüsusda münasibətlərin inkişaf perspektivlərinin müzakirəsi üçün siyasi məsləhətləşmələrin əhəmiyyətli platformalardan biri olduğunu bildirib. Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərin Avstriya tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşüb.

Poliqon.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitterdə məlumat yayıb. Bildirilib ki, görüş hazırda davam edir.

Qeyd olunub ki, Azərbaycan və Avstriya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik görüşün gündəliyinin əsas məsələləridir.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

"Bakıdan Qazaxa 12 manat, Şuşaya 26 manat?" - Şikayət

İsrailə raket yağışı: "Hizbullah" Livandakı hücuma cavab verdi

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay